Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

10.02.2022-ci il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda elmi seminarların keçirilməsi, Biofizika şöbəsinin 2022-ci il planına qismən dəyişiklik edilməsi, BDU-nun elektron məlumat bazasının (EMB) yaradılması ilə əlaqədar hesabatların verilməsi və İnstitutun saytı ilə əlaqədar məsələlər müzakirə edilmişdir.