FİZİKA PROBLEMLƏRİ ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

08 fevral 2024-cü il tarixində BDU-nun nəzdində “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. Elmi şuranın üzvləri və elmi işçilərin iştirak etdikləri iclasda əvvəlcə Fizika Problemləri ETİ-də 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı dinlənilmişdir.

Hesabat İnstitutun direktoru S.Rəhimov tərəfindən təqdim edilmişdir. O, qeyd etmişdir ki,

“Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunda 2023-cü ildə

  • Günəş enerjisinin çeviriciləri üçün perspektiv materiallar və strukturların alınması və tədqiqi
  • Adronların parametrlərinin və onların iştirakı ilə proseslərin tədqiqi
  • Bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi

mövzuları üzrə 19 elmi tədqiqat işi yerinə yetirilmişdir.

Aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 2023-cü ildə Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən 151 elmi əsər çap etdirilmişdir.

Bunlardan 10-ədədi Q1, 11-ədədi Q2, 8-ədədi Q3, 11 ədədi Q4 kateqoriyalı,  22 ədədi xaricdə və 15 ədədi respublika jurnallarında çap olunmuş məqalə, 24 (5 material) beynəlxalq və 50 (18 material) ədəd respublika səviyyəli konfransların materialları və tezisləridir.

2023-cü il ərzində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda 16 dəfə elmi seminar, 7 dəfə İnstitut iclası və 6 dəfə elmi şuranın iclası olmaqla 29 tədbir keçirilmişdir.

“Kondensə olunmuş hal” fizikası şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi “Humantek” komandasının “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “TEKNOFEST-2023 İstanbul aviasiya, kosmos və texnologiya festivalında III yerə layiq görülmüşlər.

 1 Yevroaziya Patenti alınmışdır. “ЕВРАЗИЙСКИЙ ПАТЕНТ НА ИЗОБРЕТЕНИЕ № 042254”.

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 19 mühüm nəticə təqdim olunmuşdur.

Hesabat ətrafında İnstitutun “Biofizika” şöbəsinin müdiri Namiq Əhmədov, “Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri Fərhad Rüstəmov və “Nəzəri fizika” şöbəsinin müdiri Şahin Ağayev, direktor müavini N.Dərvişov, a.e.i.-dən Ş.Məmmədov,  G. Ağayeva, Q. Bayramov, G. Haqverdiyeva, b.e.i.-dən E.Nəsirov, T.Əliyeva, e.i. N. Əkbərova çıxış edərək hesabata münasibətlərini bildirmişlər.

Daha sonra Elmi Şura üzvləri tərəfindən BDU-nun nəzdində “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının 2024-cü il üçün iş planı müzakirə edilib qəbul edilmişdir.