FİZİKA PROBLEMLƏRİ ELMİ-TƏDQİQAT İNSTİTUTUNUN ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

23.11.2023-cü il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. Elmi işçilər və Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Elmi Tədqiqatların Təşkili və Təhlili şöbəsinin böyük mütəxəssisi Novruz Quluyevin də iştirak etdikləri iclasda əvvəlcə Fizika Problemləri ETİ-də 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı dinlənilmişdir. İnstitutun “Biofizika” şöbəsinin müdiri Namiq Əhmədov, “Kondencə olunmuş hal fizikası” şöbəsinin müdiri Fərhad Rüstəmov və “Nəzəri fizika” şöbəsinin müdiri Şahin Ağayev çıxış edərək şöbələrdə 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında hesabat vermişdır. Daha sonra elmi-tədqiqat işlərinin 2024-2026-cı illər üçün üçillik və 2024-cü ildə şöbələrdə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin illik planları təsdiq edilmişdir.