Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

20.10.2022-ci il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun 2022-ci il üçün Azərbaycan Respublikası Elm və Təhsin Nazirliyinə təqdim edilməsi üçün veriləcək mühüm nəticələrin müzakirəsi keçirilmişdir. Nəticədə “Kondensə olunmuş hal fizikası” şöbəsindən 7, “Nəzəri fizika” şöbəsindən 3 və “Biofizika” şöbə­sindən 2 işin Azərbaycan Respublikası Elm və Təhsin Nazirliyinə təqdim edilməsi üçün təqdim olunması qərara alınmışdır. İnstitutun direktoru S. Rəhimov, elmi katib və direktor müavini N. Dərvişov, şöbə müdirləri - F. Rüstəmov, Ş. Ağayev və N. Əhmədov nəticələr barəsində çıxış etmiş və təkliflərini vermişlər.
Bundan əlavə elmi şurada 2022-ci ilin illik hesabatı zamanı təsdiq olunmuş plana uyğun olaraq hər bir iş üzrə icraçılar tərəfindən ayrılıqda hesabat verilməsi qərara alınmışdır.