Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

20.04.2023-cü il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2024-ci ildən etibarən Fizika Problemləri Elmi Tədqiqat İnstitutunda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin planlaşdırılması haqqında məsələ müzakirə edilmişdir.

Daha sonra Bakı Dövlət Universitetinin Fizika fakültəsi və Fizika Problemləri ETİ-nin təşkilatçılığı ilə keçirıləcək Magistrantların və gənc tədqiqatçıların “HEYDƏR ƏLİYEV İLİ”nə həsr olunmuş “Fizika və astronomiya problemləri” adlı XXIII Ümumrespublika Elmi konfransı haqqında məsələyə baxılmışdır.