Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

17.11.2022-ci il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun şöbələrinin və elmi işçilərin 2022-ci il hesabatları dinlənilmiş və 2023-cü il üçün elmi-tədqiqat işlərinin planları müzakirə edilmişdir. Nəzərdə tutulduğu kimi plana uyğun hər bir iş üzrə hesabatlar dinlənilmişdir. İnstitutun direktoru S.Rəhimov, elmi katib və direktor müavini N. Dərvişov, şöbə müdirləri- F.Rüstəmov, Ş.Agayev və N.Əhmədov hesabat barəsində çıxış etmiş və təkliflərini vermişlər. İclasda Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Elmi Tədqiqatların Təşkili və Təhlili şöbəsinin əməkdaşı Novruz Quliyev iştirak etmişdir.