Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

12.04.2022-ci il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Azərbaycan Respublıkasının Prezidenti yanında AAK tərəfindən gələcəkdə keçirilməsi planlaşdırılan akkreditasiyası məsələləri haqqında məlumat verilmişdir. Daha sonra əmək intizamının müzakirəsi aparılmış, işə davamiyyət məsələlərində kart sistemindən istifadənin vacibliyi diqqətə çatdırılmışdır. İnstitutda növbəti elmi seminarların onlayn formatdan fərqli olaraq adi qaydada keçirilməsi qərara alınmışdır.