Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir

02.11.2023-cü il tarixində BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda 2024-2026-cı illər üçün Fizika Problemləri ETİ-də elmi-tədqiqat işlərinin planlarının, şöbələrdə və İnstitutda illik hesabatların keçirilməsi qaydalarının müzakirəsi aparılmışdır. İnstitutun direktoru S.Rəhimov, elmi katib və direktor müavini N. Dərvişov, şöbə müdirləri- F.Rüstəmov, Ş.Agayev və N.Əhmədov şöbələrdə hesabatların keçirilmə qaydası barəsində çıxış etmiş və təkliflərini vermişlər. Daha sonra şöbələr üzrə 2024-2026-cı illər üçün elmi-tədqiqat işlərinin planları müzakirə olunmuşdur.