Fizika Problemləri  Elmi-Tədqiqat İnstitutunun Elmi Şuranın onlayn iclası keçirilmişdir.

19.11.2020-ci il tarixində Fizika Problemləri  Elmi-Tədqiqat İnstitutunun Elmi Şuranın onlayn iclası keçirilmişdir.

İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun şöbələrinin 2020-ci ilin elmi fəaliyyəti haqqında illik hesabatları dinlənilmişdir. “Kondensə olunmuş hal fizikası” şöbəsinin müdiri Fərhad Rüstəmov, “Nəzəri fizika” şöbəsinin müdiri Şahin Ağayev və “Biofizika” şöbəsinin müdiri Namiq Əhmədov 2020-ci ildə şöbələrdə həyata keçirilmiş elmi tədqiqat işləri və alınmış elmi nəticələr haqqında hesabat vermişlər.