Fizika problemləri Elmi-Tədqiqat İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib

12 sentyabr 2019-cu il tarixində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun növbəti Elmi Şurası keçirilmişdir. İclasda Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda nizam-intizamın gücləndirilməsi və seminarların keçirilməsi məsələləri müzakirə edilmişdir. İnstitutun direktoru S.Rəhimov, İnstitut Həmkarlar təşkilatının sədr M.Məmmədov və şöbə müdirləri N.Əhmədov, Ş.Ağayev və F.Rüstəmov çıxış edərək, bu barədə fikirlərini bildiriblər.