“Fizika Problemləri” Elmi-Tədqiqat İnstitutunun “Biofizika” şöbəsinin əməkdaşlarınını məqaləsi “Molecular Crystals and Liquid Crystals” jurnalında dərc olunmuşdur

BDU-nun nəzdində “Fizika Problemləri” Elmi-Tədqiqat İnstitutunun “Biofizika” şöbəsinin əməkdaşlarının-aparıcı elmi işçi, f.ü.e.d. Gülşən Ağayeva, professor Niftalı Qocayev və aparıcı elmi işçi, f.ü.f.d. Ülkər Ağayevanın “Conformational analysis of milk derived tripeptides, İPP, VPP and LPP, and investigation of their anti-covıd-19 potentıals by  molecular docking and molecular dynamics studies”  adlı məqaləsi “Molecular Crystals and Liquid Crystals”  jurnalında dərc olunmuşdur.

Məqalə. qan təzyiqi sistemlərində əsas rol oynayan angiotenzin çevrilmə fermentinə inhibitor kimi təsir göstərən, süddən alınan İPP, VPP və LPP tripeptidlərin  konfomasiya imkanlarının tədqiqinə həsr olunmuşdur. Tripeptidlərin SARS-CoV-2 inhibitorları qismində potensialını aşkar etməkdən ötrü, onların molekulyar doking analizləri Spike qlikoprotein və müxtəlif  SARS-CoV-2 fermentləri ilə aparılmışdır.Tripeptidlərin molekulyar sabitliyini təsdiq etmək üçün dinamik simulyasiyalar aparılmışdir. Bu tripeptidlər SARS-CoV-2 proteazina yerləşdirilmiş və onların liqand-reseptor qarşılıqlı təsirləri qiymətləndirilmişdir. Beləliklə bu qida mənşəli tripeptidlərin “COVİD-19”-a qarşı inhibitor təsirli olması göstərilmişdir.

Məqalənin linki: https://doi.org/10.1080/15421406.2024.2318080