Əsgərova Həcər Oktay qızı 28 aprel 1968 ci ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildən Bakı Dövlət Universitetinin Fizika Problemləri Laboratoriyasıda laborant vəzifəsinə işə qəbul olunmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1996-cı ildən mühəndis vəzifəsində çalışır. İşlədiyi müddətdə kolektivin böyük hörmətini qazanmışdır. Bu illər ərzində elmi fəaliyyətlə də məşğul olmuş və 15-dən çox elmi məqalənin müəllifidir.
BDU-nun Fizika Problemləri ETİ-nin kollektivi Kondensə olunmuş hal fizikası şöbəsinin mühəndisi Əsgərova Həcər Oktay qızını yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt ömür, gələcək fəaliyyətlərində böyük uğurlar və yeni-yeni nailliyətlər arzulayırlar.