Erasmus+ KA171 mübadilə proqramı

Erasmus+KA 171 beynəlxalq müəllim-tələbə  mübadilə proqramı hər il yüzlərlə tələbənin Avropanın müxtəlif universitetlərində təhsil almasına, müəllimlərin isə tədris prosesində iştirak edərək qarşılıqlı təcrübə mübadiləsi aparmasına imkan verir. Avropa İttifaqının Erasmus+ proqramı ümumilikdə ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Sözügedən proqram ali təhsil müəssisələrinin müəllim və tələbələrinə 3-12 ay müddətinə tərəfdaş universitetlərdə təhsil almaq və ya staj keçmək imkanları yaradır.

Qeyd edək ki, 2015-cü ildən BDU-da Erasmus+ proqramı çərçivəsində müəllim-tələbə mübadiləsi həyata keçirilir və Erasmus+ proqramı çərçivəsində fərqli layihələr icra olunur. 2017-2023-cü illər ərzində BDU-nun 150-dan çox əməkdaşı və tələbəsi tərəfdaş universitetlərdə staj keçmiş və təhsil almışdır.

Erasmus+ KA 171 proqramı çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyat həyata keçirilir.Tələbənin seçmək istədiyi təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalı, həmçinin onun şəxsi inkişafa təsir etməlidir.

ERASMUS+ KA107 MÜBADİLƏ PROQRAMI

30 ildən çoxdur ki, Avropa Birliyi 4 milyondan çox avropalı tələbələrin təhsillərinin bir hissəsini Avropanın digər ölkələrinin ali təhsil müəssisələrində həyata keçirilməsini təmin edən Erasmus + proqramını maliyyələşdirir. Erasmus + hazırda bu fürsətləri dünyanın başqa yerlərindən gələn tələbələr və işçilər üçün də əlçatan edir. Hər bir universitet üçün beynəlxalq təcrübənin öyrənilməsi çox böyük əhəmiyyətə malikdir. Bu baxımdan mübadilə proqramları vasitəsilə həm müəllim, həm tələbələ, həm də inzibati heyətin xarici universitetlərə getməsi, orada təhsil alması, birbaşa Avropanın qabaqcıl universitetlərinin qazanılması deməkdir. Bu təcrübənin BDU-da tətbiqi, o cümlədən, BDU-dakı təcrübənin həmin təcrübələrlə qarşılıqlı şəkildə öyrənilməsi əhəmiyyət kəsb edir. 2011-ci ildən Erasmus Mundus layihələrinə qoşulan Bakı Dövlət Universiteti 2015-ci ildən başlayaraq müxtəlif universitetlər ilə Erasmus KA 171 tələbə-müəllim mübadiləsi layihələri çərçivəsində əməkdaşlıq edir. Erasmus proqramı çərçivəsində Avropa universitetlərində təhsil almaq hüququ qazanan tələbə təhsil müddətində hər ay müvafiq məbləğdə təqaüd alır. Yol xərci proqram çərçivəsində ödənilir. Bu beynəlxalq mübadilə proqramı tələbəyə xaricdə təhsil almaq hüququ verməklə, yeni təcrübə əldə etmək, təhsildə yeni keyfiyyətlərə yiyələnmək və gələcək karyerasının qurulması üçün yeni imkanlara yiyələnmək üçün şərait yaradır. Eramus KA 171 tələbə-müəllim mübadilə proqramı çərçivəsində Bakı Dövlət Universitetinin tələbələri Polşa, Türkiyə, İspaniya, Çexiya, Portuqaliya, İtaliya, Almaniya, Ruminiya, Litva universitetlərində təhsillərini davam etdirmək imkanları əldə edirlər. Hər il çoxsaylı tələbələr bu proqramda iştirak üçün müraciət edirlər.

Erasmus KA 171 proqramı çərçivəsində mübadilə:

Xaricdəki tərəfdaş universitetlərdə təhsil almaq üçün tələbə mübadiləsi - 1 (bir) semestr

Tədris fəaliyyətini həyata keçirmək məqsədilə əməkdaşlıq edən universitetlərin akademik və inzibati heyətlərinin mübadiləsi - 1 (bir) həftə

BDU-nun əməkdaşları və tələbələrin akademik mübadilə proqramlarında iştirakı prosesində aşağıdakı tələblər nəzərə alınır:

Tələbələr üçün tələblər: Əməkdaşlar üçün tələblər:
  • Ümumi orta müvəffəqiyyət göstəricisi 75-dən yuxarı
  • II və III kurs bakalavr, I kurs magistr tələbələri
  • Dil sertifikatı (IELTS, TOEFL sertifikatının olması arzuolunandır)  
  • CV
  • Transkript
  • Motivasiya məktubu
  • Tərcümeyi hal;
  • Motivasiya məktubu;
  • Elmi əsərlərin siyahısı.

 

Lazım olan sənədlər: (Yükləmək üçün linklər)

Mübadilə sənədi

 

Qeyd: Hazırlıq kurslarında təhsil alan tələbələr, birinci kurs tələbələri və sonuncu kurs tələbələri bu proqramdan yararlana bilməzlər.

 

Daha ətraflı məlumat üçün baxın:

https://ec.europa.eu/programmes/erasmus-plus/resources/documents/erasmus-international-credit-mobility_en
https://ec.europa.eu/programmes/erasmus-plus/resources/programme-guide 

Erasmus KA 171  müəllim-tələbə mübadilə proqramı çərçivəsində imzalanmış müqavilələr

Universitet Ölkə İxtisaslar


1. Sivas Cumhuriyet Universiteti Türkiyə

Tarix, Jurnalistika, Riyaziyyat, Filologiya, Psixologiya, Sosiologiya



2. Rzeszow Universiteti Polşa

Tarix, İqtisadiyyat, Filologiya, Hüquq



3. Alexandru Ioan Cuza Iaşi Universiteti Rumıniya

Biologiya, Kimya, Fizika



4. Cadiz Universiteti İspaniya Bütün istiqamətlər


5. Babes-Bolyai Universiteti Ruminiya

Tarix, Psixologiya, Beynəlxalq münasibətlər, Riyaziyyat



6. Tomar Politexnik İnstitutu Portuqaliya Bütün istiqamətlər


7. Qərbi Timişiora Universiteti Ruminiya Bütün istiqamətlər


8.  Eskişehir Texniki Universiteti Türkiyə

Kimya, Fizika



9. Karlova Universiteti Çex Respublikası Biologiya


10. Adana Alparslan Türkeş Universiteti Türkiyə Bütün istiqamətlər


11. Hacettepe Universiteti Türkiyə Bütün istiqamətlər


12. Çukurova Universiteti Türkiyə Bütün istiqamətlər


13. Bayburt Universiteti  Türkiyə Bütün istiqamətlər


14. Aksaray Universiteti Türkiyə Bütün istiqamətlər


15. Orta Doğu Texniki Universiteti Türkiyə Bütün istiqamətlər


16. Tokat Gaziosmanpaşa Universiteti Türkiyə Bütün istiqamətlər


17. Fırat Universiteti Türkiyə Bütün istiqamətlər


18. İstanbul Texniki Universiteti Türkiyə Bütün istiqamətlər


19. Mykolas Romeris  Universiteti Litva Bütün istiqamətlər


 

Əlavə məlumat üçün aşağidaki email vasitəsilə əlaqə saxlaya bilərsiniz.

E-mail: [email protected]