ŞÖBƏ HAQQINDA

Bakı Dövlət Universitetində beynəlmiləlləşmə fəaliyyətində idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq sahəsində effektivliyin artırılması, əcnəbi vətəndaşların Universitetdə təhsilinin təşviqi və tədrisin beynəlxalq standartlara uyğun təşkili məqsədi ilə BDU rektorunun 2019-cu il 20 oktyabr tarixli R-121 nömrəli əmri ilə Beynəlxalq elm-təhsil proqramları, qrantlar və informasiya texnologiyaları şöbəsinin adı dəyişdirilərək Beynəlxalq əlaqələr şöbəsi adlandırılmışdır.
Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əsas fəaliyyəti universitetin beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, tanınmış universitetlərarası şəbəkələrə, təşkilatlara üzv olmaqla yanaşı, yeni akademik tərəfdaşlıq əlaqələrinin qurulması və BDU-nun beynəlmiləlləşmə üzrə inkişaf strategiyasından irəli gələn məsələlərin həllini özündə əhatə edir. Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklər, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığa da xüsusi diqqət yetirilir. BDU-nun beynəlxalq əməkdaşlıq tarixi uzun illərin ənənələrinə, tarixi təcrübəyə söykənir və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və yeni tərəfdaşlıq əlaqələrinin qurulması prioritet məsələ hesab olunur. Ötən əsrin 70-ci illərindən başlayaraq BDU-nun professor-müəllim heyəti xarici ölkələrin elm və tədris müəssisələrində fəaliyyət göstərmiş, bəzi tələbə və aspirantlar xarici ölkə universitetlərində təhsil almışlar. Bir sıra inkişaf etməkdə olan ölkələrdə məhz BDU alimlərinin sayəsində bəzi elmi məktəblərin əsası qoyulmuş və bir sıra elm sahələri inkişaf etmişdir. Bu gün beynəlxalq elm və təhsil məkanında özünəməxsus yeri olan BDU dünyanın bir çox tanınmış universitetləri ilə ortaq layihələr həyata keçirir və tərəfdaş universitetlər ilə aktiv şəkildə əməkdaşlığını inkişaf etdirir. BDU-nun beynəlmilələşmə strategiyasına uyğun olaraq beynəlxalq əlaqələr şöbəsi bu strategiyada öz əksini tapan dörd əsas istiqamət üzrə beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. 
Hazırda BDU-nun dünyanın bir sıra ölkələrində onlarla Universitet ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlıqlar çərçivəsində tələbələrin və əməkdaşların mübadiləsi, birgə elmi layihələrin, ortaq proqramların, kursların və tədris planlarının hazırlanması həyata keçirilir.

Şöbənin əsas məqsədləri: 

  • Beynəlxalq mobillik proqramlarının sayının artırılması (Erasmus+ KA 171, Mevlana, Orxun və s.);
  • Beynəlxalq birgə dərəcə və ikili diplom proqramları portfelini genişləndirmək;
  • Müasir beynəlxalq təcrübənin BDU-da tətbiqi məqsədi ilə xarici universitetlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək;
  • Beynəlxalq tədris proqramlarının və beynəlxalq elmi-tədqiqat qrant layihələrinin sayının artırılması məqsədi ilə tərəfdaş qurumlarla mütəmadi görüşlər keçirmək, vebinarlar təşkil etmək; 
  • Ali təhsil müəssisələrinin nüfuzlu beynəlxalq reytinqlərində (THE, QS və s.) daha yüksək nəticələr əldə etməklə regionda BDU-nun etimadını artırmaq;
  • BDU-nun fəaliyyətini yerli, regional və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi və dünya universitetlərinin reytinq sistemlərində daha məqbul nəticələrin əldə olunması istiqamətində aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək və onların inkişaf meyarlarına uyğunlaşdırmaq.

Şöbənin əsas funksiyaları:

  • Xarici Universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması;
  • Beynəlxalq əməkdaşlıq proqramlarının təşkili;
  • Azərbaycan Respublikasında fəaliyyət göstərən  xarici  diplomatik  missiyalar  və nümayəndəliklər ilə əlaqələrin qurulması və inkişafı
  • Professor-müəllim heyətinin beynəlxalq əməkdaşlığa cəlb edilməsi;
  • Tələbə, magistrant, doktorant və əməkdaşların mübadilə proqramlarında  iştirakının təmin edilməsi;
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatların, konfransların, yay məktəblərinin və digər tədbirlərin keçirilməsi;
  • BDU-nun əməkdaşlarının xarici universitetlərdə staj keçmələrinin təşkil edilməsi;
  • Beynəlxalq təşkilatların xaricdə təhsil, staj keçmə və iş imkanları haqqında BDU-da təqdimatlarının keçirilməsini təşkil etmək;
  • Əcnəbi müəllimlərin BDU-nun tədris prosesinə cəlb edilməsi;
  • Müxtəlif şöbə və fakültələrin əməkdaşlarının beynəlxalq layihə və proqramlarda iştirak etmələri üçün qarşılıqlı məsləhətləşmələrin aparılması;
  • BDU-nun şöbə və bölmələrinin beynəlxalq əməkdaşlıq fəaliyyətinin, layihələrdə iştirakının, imzalanan müqavilələrin koordinasiyası.

Şöbənin əsas vəzifələri:

  • Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatların, konfransların, simpozium, seminar və digər tədbirlərin keçirilməsi;
  • Universitetin yerli və xarici təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlığının təşkili;
  • Elm-təhsil sahəsində xarici universitetlərlə əlaqələrin qurulması və Əməkdaşlıq müqavilələrinin imzalanmasına və icrasına nəzarət;
  • Xarici partnyorlarla birgə tədris proqramlarının hazırlanması;
  • Professor-müəllim heyətinin beynəlxalq əməkdaşlığa cəlb edilməsi:
  • Beynəlxalq layihə və proqramlar haqqında məlumatın əldə edilməsi, onlarda iştirak etmək üçün tələb olunan şərtlərin öyrənilməsi və BDU-nun tələbə, magistrant və doktorantlarının məlumatlandırılması; 
  • Beynəlxalq əməkdaşlıq üçün zəruri olan məlumatların BDU-nun şöbə və fakültələrindən toplanması;
  • İkili diplom proqramlarının fakültələrlə birgə işlənib hazırlanması;
  • Beynəlxalq akkreditasiyalar, beynəlxalq reytinq bazalarında təmsil olunma;
  • Müxtəlif şöbə və fakültələrin xarici qrantlarda iştirakı üçün iclasların və treninqlərin keçirilməsi;
  • Beynəlxalq qrantlar, iştirak şərtləri, sənədlərin təqdim edilməsi vaxtı haqqında məlumatların əldə edilməsi və müvafiq şöbələrə çatdırılması;
  • Beynəlxalq qrantın alındığı təqdirdə layihənin reallaşdırılmasında dəstəyin göstərilməsi;
  • Beynəlxalq qrantların alınması üçün müraciət edən universitet əməkdaşlarının sorğularının cavablandırılması; 
  • Gələcək layihələrdə iştirak etmək üçün xarici partnyorların axtarışı, müvafiq razılaşmaların hazırlanması və imzalanması;
  • İcra edilən layihələr haqqında məlumat bazasının yaradılması;
  • Tədris prosesində qabaqcıl beynəlxalq ali təhsil mütəxəssislərinin iştirakının təşkil olunması;
  • Tələbə-müəllim mübadiləsi;
  • Universitetə dərs demək və əməkdaşlıq əlaqələri qurmaq məqsədi ilə gələn xarici vətəndaşlarla işin təşkili:
  • Xarici nümayəndələrin qəbul edilməsinin təşkili: xarici mütəxəssislərin, nümayəndə heyətlərinin, tələbə, magistrant, doktorant və staj keçənlərin (təhsilin bütün növləri üzrə) gəlmə vaxtının, qalma müddətinin təyin edilməsi; 
  • Dəvət məktublarının hazırlanması, xarici qonaqların yerləşməsinə köməkliyin göstərilməsi;
  • Xarici qonaqlar üçün mədəni proqramların hazırlanması;
  • Şöbənin fəaliyyəti haqqında rüblük və illik hesabatların hazırlanması.