Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Nüvə fizikası

Problem: Yüksək enerjilər fizikası

Mövzu: Adronların parametrlərinin və onların iştirakı ilə proseslərin tədqiqi

İş 1. Müxtəlif kvark tərkibli tetrakvarkların tədqiqi

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S.Ağayev

İcraçılar: Aparıcı elmi işçi,  f.-r.e.n. Ş.S. Ağayev

Məqsəd: Tetrakvarkların kütlə və parçalanma kanallarının öyrənilməsi.

Nəticə:X1(2900) rezonansının parametrləri hesablanmış və 2021 ildə yekunlaşdırılaraq çap edilmişdir.

Hesabat ilində elmi plana əlavə olaraq X(4630) və iki elektrik yüklü cusd tetrakvarkların kütlələri və tam effektiv enləri hesablanmışdır. X0(2900) rezonansı dikvark-antidikvark modeli çərcivəsində tədqiq edilmişdir. LHCb tərəfindən yeni kəşv edilmış ikiqat çarm yüklü Tcc rezonansının spektroskopik parametrləri dikvark və molekul modellərində hesablanmış, onların parçalanma kanalları araşdırılmışdır.

____________________________________________________________________________________________________________________________________________________________________________________________

İş 2. Çoxzərrəcikli relativistik sistemlərin və uzunömürlü strukturların tədqiqi

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Baş elmi işçi,  f.-r. e.d. R.Q. Cəfərov

Məqsəd: Nəzəri-fundamental tədqiqat olaraq kainatda kütlənin generasiyası prosesləri ilə birbaşa əlaqədardır. Astrohissəciklərin vakuum halından çıxaraq fiziki kütləyə malik olmasının aralıq proseslərinin qarşılıqlı təsir sabitlərinin qiymətlərinin dəqiqləşdirilməsi

Nəticə:

Hissəciklərin rabitəli halları üçün inteqral tənliyin həll metodu işlənmiş və skalyar Hiqqs bozonlarının aralıq üçxətli qarşılıqlı təsir vuruğunun qiymətinin dəqiqləşdirilməsinə doğru irəliləyiş əldə edilmişdir.

____________________________________________________________________________________________________________________________________________________________________________________________

İş 3.Adi və supersimmetrik kvant mexanikasında dalğa tənliklərinin analitik həlləri və yüksək enerjilərdə elektron-pozitron toqquşmasında tək mezonun inklüziv yaranması prosesinin kvant xromodinamik tədqiqi.

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Baş elmi işçi,  f. e.d.A.İ. Əhmədov

Məqsəd:Elektron - pozitron toqquşmasında tək psevdoskalyar mezonun içklüziv yaranması prosesində yüksək tvist effektlərinin prosesin effektiv kəsiklərinə verdiyi təmiz paylarının mezonların müxtəlif paylanma amplitudlarından asılılıqlarının hesablanmasıdır.

Nəticə:

İşdə elektron - pozitron toqquşmasında tək mezonun inklüziv yaranması prosesinin effektiv kəsiyi üçün analitik ifadə alınmış və həmçinin yüksək tvist effektinin prosesin effektiv kəsiyinə verdiyi əlavələr mezonun müxtəlif paylanma amplitudları üçün hesablanmış və bir-birləri ilə müqayisə olunmuşdur. Hesabat ilində həmçinin Yukava tenzor qarşılıqlı təsirində Manninq-Rosen potensialı üçün Dirak tənliyi dəqiq spin və psevdo-spin  halları üçün supersimmetrik və adi kvant mexanikasında analitik şəkildə həll edilmişdir.

____________________________________________________________________________________________________________________________________________________________________________________________ 

İş 4. Ümumiləşmiş  shaped hiperbolik potensial üçün Şrödinger, Kleyn-Qordon və Dirak tənliklərinin analitik həlli.

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Aparıcı elmi işçi, f.-r. e.n.V.H. Bədəlov

Məqsəd: Orbital kvant ədədinin ixtiyari qiymətində ümumiləşmiş shaped hiperbolik potensial sahədə Kleyn-Qordon tənliyinin həll edilməsi və enerji spektrinin tapılmasıdır.

Nəticə:

Orbital kvant ədədinin ixtiyari qiymətində mərkəzdənqaçma potensialına Pekeris yaxınlaşmasını tətbiq etməklə Nikiforov-Uvarov metodunun köməyilə Kleyn-Qordon tənliyinin əlaqəli hallarının dalğa funksiyaları və enerji spektri tapılmışdır. Enerji spektrinin və dalğa funksiyalarının tapılmış ifadələrində ümumiləşmiş shaped hiperbolik potensialın və parametrlərini seçməklə, yəni xüsusi hallar üçün ədəbiyyatda məlum olan nəticələr alınmışdır. Belə ki, bu potensial modeldə iki atomlu molekulların əlaqəli halların enerjisi hesablanmış və onların təcrübədə ölçülmüş ən aşağı həyəcanlanma enerjisi ilə müqayisəsi aparılaraq nəzəri və təcrübi nəticələrin mükəmməl uyğunluğu müəyyən edilmişdir.

____________________________________________________________________________________________________________________________________________________________________________________________ 

İş 5. AdS/KXD modellərində adronların form faktorları və qarşılıqlı təsir sabitləri.

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Aparıcı elmi işçi, , f.-r. e.n. Ş.Ə. Məmmədov

Məqsəd: Vektor mezonla nuklonların qarşılıqlı təsir sabititnin mühitin temperaturundan asılılığının öyrənilməsi

Nəticə:

Pauli və Dirak form faktorlarının ötürülən impulsdan asılılığı qurulmuşdur və yumşaq divar modelinin və təcrübənin nəticələri ilə uyğunluğu göstərilmişdir. Tenzor mezonun nuklonlarla qarşılıqlı təsir sabitinin qiyməti tapılmışdır. Nuklonların Aksial-vektor form faktorunun temperatur asılılığının yumşaq divar modelində hesablanmışdır.

____________________________________________________________________________________________________________________________________________________________________________________________ 

İş 6. Bəzi relyativistik dalğa tənliklərinin kvant mexanikasında analitik həlləri.

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Böyük elmi işçi,  f.-r. e.n. T.H. Əliyeva

Məqsəd:Denq-Fan potensiallı sahədə hərəkət edən kütləli relyativistik hissəcik üçün skalyar və vektor potensiallarının bərabər olduğu hallarda Kleyn-Fok-Qordon tənliyini analitik həll edərək hissəciyin enerji spektri və məxsusi funksiyaları üçün analitik ifadələri tapmaqdır.

Nəticə:

Mövzu üzərində iş davam edir.

____________________________________________________________________________________________________________________________________________________________________________________________ 

İş 7.Stasionar və qeyri-stasionar rejimlər üçün metamateriallarda optik dalğalarin qeyri-xətti qarşılıqlı təsiri.

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Böyük elmi işçi,  f. ü. f. dG.Ə. Səfərova

Məqsədi: Sabit intensivlik yaxınlaşmasında cəm tezlikli dalğanın intensivliyinin tapılması və müntəzəm qeyri-bircins mühitdə intensivliyə öz-özünə və çarpaz təsirlərin öyrənilməsi.

Nəticə:

Sabit intensivlik yaxınlaşmasında cəm tezlikli dalğanın intensivliyi üçün ifadə alınmış və onun əsasında ədədi hesablama aparılmışdır. Aparılmış nəzəri və ədədi hesablamalar sabit amplitud yaxınlaşmasında məlum nəticələrlə müqayisə edilmiş və onların təcrubi qiymətlərə uyğunluğu göstərilmişdir.

____________________________________________________________________________________________________________________________________________________________________________________________

İş 8.  Elementar hissəciklərin qarşılıqlı təsir sabitləri və form-faktorlarının AdS/KXD modellərində tədqiqi.

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Kiçik elmi işçi,  f. ü. f. d. N.C. Hüseynova

Məqsəd: Ağır ionların toqquşmasından əmələ gələn sıx nuklon mühitində skalyar hissəciklərin qarsılıqlı təsirini öyrənmək . Əsas haldakı deytron üçün elektromaqnit form faktorlarının ötürülən impulsdan asılılığını sərt divar modelində müəyyən etmək və digər modellərin nəticələri ilə müqayisə etmək

Nəticə:

AdS/KXD-nin sərt divar modelində deytronun elektromaqnit form faktorları, tenzor polyarizasiyaları, struktur funksiyaları, yük və maqnit radiusları tədqiq edilmişdir. Tvist τ = 6 vektor sahəsi üçün hərəkət tənliyi alınmış, analitik olaraq həll edilmiş və sərhəddə deytronu təsvir edən profil funksiyası tapılmışdır. Deytronun əsas haldakı kütləsinə uyğun olaraq AdS fəzasının infraqırmızı sərhəddi təyin edilmişdir. Deytron və foton sahələrinin qarşılıqlı təsirləri üçün ümumi Laqranjianlardan deytronun yük monopol, kvadrupol və maqnit dipol form faktorlarının, tenzor polyarizasiyalarının, struktur funksiyalarının analitik ifadələri alınmış vəötürülən impulsun kvadratından asılılıqları qurulmuşdur. Həmçinin yük və maqnit radiusları üçün ifadələr alınmış və onların ədədi qiymətləri hesablanmışdır. Göstərilmişdir ki, AdS/KXD-nin sərt divar modelində deytronun elektromaqnit form faktorları və tenzor polyarizasiyalarının ötürülən impulsun kvadratından asılılıqları yumşaq divar modelindəki və təcrübi nəticələrlə uyğundur. Göstərilmişdir ki, deytronun struktur funksiyalarının ötürülən impulsun kvadratından asılılıqları, eləcə də yük və maqnit radiuslarının ədədi qiymətləri, yumşaq divar modelindəki və təcrübi nəticələrə yaxındır.

____________________________________________________________________________________________________________________________________________________________________________________________

İş 9. Bəzi fiziki prosesləri təsvir riyazi modellərin qurulması və onların effektiv həll üsullarını işlənməsi

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Aparıcı elmi işçi,  r. e.d. Y.S. Qasımov

Məqsəd: Məqsəd hesabat dövründə çoxölçülü məhdud oblastda Helmhotlz tənliyi üçün matris faktorizasiyanın Koşi məsələləsinin requlyarlaşdırılması məsələsinin riyazi modellərinin, qraflar üzərində verilmiş müəyyən mənada simmetrik Şredinger opertoru üçün tərs məsələnin, (3+1) ölçülü qeyri-xətti nüvəli Yu-Toda-Sasa-Fukuyama tənliyinin adekvatlılığının ədədi eksperimentlər vasitəsilə yoxlanılmasıdır.

Nəticə:

Hesabat dövründə çoxölçülü məhdud oblastda Helmhotlz tənliyi üçün matris faktorizasiyanın Koşi məsələləsinin requlyarlaşdırılması məsələsinə baxılmışdır. Bundan başqa qraflar üzərində verilmiş müəyyən mənada simmetrik

Şredinger opertoru üçün tərs məsələ tədqiq edilmişdir. (3+1) ölçülü qeyri-xətti nüvəli Yu-Toda-Sasa-Fukuyama tənliyinin həlli variasyon və qeyri variasyon yanaşma ilə tədqiq olunmuşdur.

____________________________________________________________________________________________________________________________________________________________________________________________ 

İş 10.Sıxlıq funksionalı nəzəriyyəsinə əsaslanan ilkin prinsiplərdən bəzi kristalların elektron, optik və maqnit xassələrinin tədqiqi.

Mövzunun rəhbəri: f.-r. e.n., dosent, şöbə müdiri Ş.S. Ağayev

İcraçılar:Aparıcı elmi işçi,  f.-r. e.n. B.H. Mehdiyev

Məqsəd:Mn və Cr ilə aşqarlanmış ZnSnAs2 xalkoprit kristalının elektronik və maqnit xassələri ilkin prinsiplərdən sıxlıq funksionalı nəzəriyyəsinə əsaslanan xəttiləşdirilmiş lokal orbitallarla birləşdirilmiş müstəvi dalğalar (FP-LAPW+lo) metodu vasitəsilə tədqiq etməkdir.

Nəticə: Hesablamalar Mn və Cr konsentrasiyası 3,125% və 6,25% olan 64 və 128 atomdan ibarət ifrat qəfəs üçün aparılmışdır. Maqnit aşqarı bir kationu (MnZn и MnSn) və ya hər iki kationu (MnZn-Sn) əvəz etdiyi hallar üçün hesablamalar aparılmışdır. Tam enerjinin 64 və 128 atomdan ibarət ifrat qəfəs üçün aparılmış hesablamaları göstərir ki, maqnit ionları Zn-Zn düyünlərində olduqda əsas hal antiferromaqnit (AFM), Zn-Sn və Sn-Sn düyünlərini tutduqda isə əsas hal ferromaqnit (FM) halda olur. FM konfiqurasiyada Mn maqnit ionlari Zn-Sn və Sn-Sn düyünlərində olduqda hər bir Mn elementar özəyə uyğun olaraq 4.23μB və3.99 μB maqnit momenti verir. Həmçinin enerji  strukturu, mübadilə qarşılıqlı təsiri və Küri temperaturu maqnit ionları arasındakı məsafədən asılı olaraq öyrənilmişdir.