Elmi istiqamət və elmi-tədqiqat mövzuları

İstiqamət: Bioloji sistemlərin təşkilinin fiziki-kimyəvi əsasları.

Problem: Bioloji systemlərdə və maye kristallarda qarşılıqlı təsir və struktur problemləri

Mövzu: Bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi

İş 1. Qida maddələrindən alınan opioid peptidlərinin və qliprolin molekullarının quruluş-funksiya əlaqələrinin tədqiqi

Mövzunun rəhbəri: f.r.e.d., prof. şöbə müdiri, Əhmədov Namiq

İcraçılar: Əhmədov Namiq prof.f.r.e.d., şöbə müdiri, İsmailova Larisa dos.f.e.d. baş elmi işçi, Abbaslı Rəna dos.b.e.n. a.e.i., Hacıyeva Lalə dos.f.r.e.n., a.e.i.

Məqsəd: Opioid peptidləri sinfinə aid olan kazoksin D və kazoksin G molekullarının konformasiya profillərinin tədqiqi.Tərkibinə qlutamin və asparagin turşuları daxil olan qliprolin molekullarının üçölçülü quruluşlarının öyrənilməsi.

Nəticə:

Kаzокsin molekullarının,tərkibinə qlutamin və asparagin turşuları daxil olan pentapeptid qliprolin molekullarının stabil konformasiyaları yığımı, onların ikiüzlü fırlanma bucaqlarının qiymətləri, onları stabilləşdirən aminturşu qalıqları arası və daxili qarşılıqlı təsir enerjiləri, aminturşu qalıqlarının yan zəncirlərinin konformasiya mütəhərrikliyi müəyyən edilmişdir. Göstərilmişdir ki, kazoksin G molekulun fəza quruluşu əsas zəncirin doqquz forması ilə təmsil olunur, qliprolin molekullarının əsas zəncirlərinin yarıfirlanmış formalarında argininin yan zənciri ilə qlutamin və asparagin turşularının yan zəncirləri arasında əlverişli qarşılıqlı təsir yaranaraq onları stabilləşdirir.

_____________________________________________________________________________________________________________________________________________________________________________________________ 

İş 2. Antikanser pentapeptid molekullarının fəza quruluşlarının və dinamik konformasiya xüsusiyyətlərinın modelləşdiriməsi. Antikanser Sepia ink oliqopeptidin, AAP-H və ILYMP pentapeptidlərin konformasiya analizi.

Mövzunun rəhbəri: f.r.e.d., prof. şöbə müdiri, Əhmədov Namiq

İcraçılar: Qocayev Niftalı Mehralı oğlu, Ağayeva Gülşən Ələkbər qızı, Ağayeva Ülkər Teymur qızı

Məqsəd: Antikanser EQRPR pentapeptidin və onun D-izomerlərlə əvəz olunmuş analoqlarının stabil fəza quruluşlarının atom koordinatlarının əsasında reseptorlarla bağlanma qabiliyyətlərinin molekulyar dokinq üsulu ilə öyrənilməsi. Antikanser Sepia ink oliqopeptidin, AAP-H və ILYMP pentapeptidlərinin təsir mexanizmi ücün vacib olan quruluş xassələrini müəyyən etmək.

Nəticə:

(EQRPR) pentapeptid molekulunun xərçəng əleyhinə təsir mexanizmi nəzəri və təcrübi metodlarla tədqiq edilmiş, onun D-izomerlərlə əvəz edilmiş analoqlarının həm epidermal böyümə faktoru reseptoruna, tirozinkinazaya və proto-onkogen tirozin-protein kinazaya  güclü bağlanma qabiliyyətləri və fosfolipid DPPC ilə qarşılıqlı təsirinin güclü olduğu müəyyən edilmişdir. Göstərilmişdir ki, EQRPR pentapeptid molekulu onun üçün həm reseptor olan EGFR, həm də reseptor olmayan Fyn zülalları üçün potensial liqanddır və xərçəng xəstəliyinin müalicəsində istifadə edilə bilər. İlk dəfə olaraq antikanser Sepia ink oliqopeptidin, AAP-H və ILYMP pentapeptidlərin konformasiya xüsusiyyətləri və dinamikası molekulyar modelləşdirmə üsulları vasitəsilə tədqiq edilmışdir. Göstərilmışdir ki, bu peptidlərin bir sıra oxşar konformasiya xüsusiyyətləri var.

_____________________________________________________________________________________________________________________________________________________________________________________________ 

İş 3: İnnovativ dərman preparatlarının yaradılması üçün vacib olan molekulların və onların bioaktiv metallarla koordinasiya rabitələri əmələ gətirən birləşmələrinin nəzəri üsullarla tədqiqi. Liqand və reseptorun aktiv mərkəzi arasında qarşılıqlı təsirlərin modelləşdirilməsi. 

Mövzunun rəhbəri: f.r.e.d., prof. şöbə müdiri, Əhmədov Namiq

İcraçılar:Haqverdiyeva Gülnara,Demuxamedova Svetlana, Əliyeva İradə

Məqsəd: İnnovativ dərman preparatlarının əsasını təşkil edən timotsin  və anzerin molekullarının təsir mexanizminin araşdırılması

Nəticə:

İnnovativ dərman preparatlarının əsasını təşkil edən timotsin molekulu və  anzerinin svitterion formasında olan tautomerlərinin konformasiya profilləri araşdırılmış, həndəsi, enerji və elektron parametrləri hesablanmış, bu liqandların və onların spesifik reseptorlarının aktiv mərkəzi arasında yaranan qarşılıqlı təsirlər modelləşdirilmişdir.

_____________________________________________________________________________________________________________________________________________________________________________________________ 

İş 4.Böyük Qafqazın şimal-şərqyamacında olan bulaqlar vəonlardan səmərəli istifadə yolları (Yalama-Xacmaz ərazi)

Mövzunun rəhbəri: f.r.e.d., prof. şöbə müdiri, Əhmədov Namiq

İcraçılar: İmamova Təranə g.m.e.n., e.i.

Məqsəd:  Bu tədqiqat işlerininin aparılmasinda məqsəd, Böyük Qafqazın şimal-şərq yamacıcaylararası ərazisinin hidromineral və hidrotermal yeraltı sərvətlərlərinin qorunmasıdır.

Nəticə:

Bu məsələlərin həlli mütləq bu regionun iqtisadiyyatının intensiv inkişafına təkan verəcək