06 fevral 2025-ci il tarixində BDU-nun nəzdində “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. Elmi şuranın üzvləri və elmi işçilərin iştirak etdikləri iclasda əvvəlcə Elmi Şura üzvləri tərəfindən BDU-nun nəzdində “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının 2025-ci il üçün iş planı müzakirə edilib qəbul edilmişdir. Daha sonra “Fizika problemləri” ETİ-də 2024-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı dinlənilmişdir. Hesabat İnstitutun direktoru S.Rəhimov tərəfindən təqdim edilmişdir. O, qeyd etmişdir ki, “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunda 2024-cü ildə
- Günəş enerjisinin çeviriciləri üçün perspektiv materiallar və strukturların alınması və tədqiqi
- Adronların parametrlərinin və onların iştirakı ilə proseslərin tədqiqi
- Bioloji fəal molekulların quruluş-funksiya əlaqələrinin tədqiqi
mövzuları üzrə 16 elmi tədqiqat işi yerinə yetirilmişdir. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 2024-cü ildə “Fizika problemləri” Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən 118 elmi əsər çap etdirilmişdir. Bunlardan 9-ədədi Q1, 5-ədədi Q2, 6-ədədi Q3, 11 ədədi Q4 kateqoriyalı, 16 ədədi xaricdə və 12 ədədi respublika jurnallarında çap olunmuş məqalə, 47 (20 material) beynəlxalq və 11 (7 material) ədəd respublika səviyyəli konfransların materialları və tezisləridir. 2024-cü il ərzində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda 17 dəfə elmi seminar, 4 dəfə İnstitut iclası və 6 dəfə elmi şuranın iclası olmaqla 27 tədbir keçirilmişdir.
“Kondensə olunmuş hal Fizikası” şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi “Humantek” komandası 20-21 aprel 2024-cü il tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində yarışmada I yerə layiq görülmüşdür. “Fizika problemləri” ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi və “Biofizika” şöbəsinin dissertantı Sara Rəhimzadənin üzvü olduğu “ESST-6” komandası “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində III yerə layiq görülmüşdür. BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 10 mühüm nəticə təqdim olunmuşdur.
Hesabat ətrafında İnstitutun “Biofizika” şöbəsinin müdiri Namiq Əhmədov və, “Kondencə olunmuş hal fizikası” şöbəsinin müdiri Fərhad Rüstəmov, direktor müavını N.Dərvişov, baş e.i Rauf Jəfərov, a.e.i.-dən G. Ağayeva, G. Haqverdiyeva, b.e.i. E.Nəsirov çıxış edərək hesabata münasibətlərini bildirmişlər.