Şöbənin vəzifələri:
- Sistem proqramlarının səhvsiz və fasiləsiz işləməsini təmin etmək (OS Windows, Linux, Windows Server)
- Şəbəkənin təhlükəsizliyini təmin etmək
- İnformasiya sistemlərinin surətini (backup) yaratmaq
- Şəbəkə infrastrukturunun layihəsi üzərində işlər aparmaq
- Şəbəkə infrastrukturunun modernləşdirilməsini təmin etmək
- Şəbəkə avadanlıqlarına texniki və proqram xidmətı göstərmək
- Universitetin informasiya sistemlərinin və məlumat bazalarının yaradılmasını təşkil etmək, təkmilləşdirilməsini və dəstəklənməsini həyata keçirmək
- Normativ-hüquqi aktlarda və qanunvericilikdə baş verən dəyişiklik və yeniliklərin müvafiq qurumların təklifi əsasında informasiya sistemləri və məlumat bazalarında nəzərə alınmasını təmin etmək
- Universitetdə istifadə olunan informasiya sistemlərinin qarşılıqlı əlaqəli fəaliyyətini təşkil etmək
- Universitetin informasiya resurslarının və məlumat bazalarının kənar müdaxilələrdən qorunmasının təmin edilməsi
- Universitetin informasiya sistemlərinin istismarının təşkilinə metodiki rəhbərlik etmək və bu işlərin icrasına daim nəzarət etmək
- Universitetin informasiya sistemləri və məlumat bazalarından təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək
- Universitetin digər qurumlarında informasiya sistemlərinin istismarının təşkilinə metodiki rəhbərlik etmək
- Universitet əməkdaşlarının informasiya sistemlərindən istifadə bacarıqlarının artırılması üçün təlimlər təşkil etmək
- Kompüter şəbəkəsi istifadəçilərin lokal və kənardan daxil olması üçün internetin işçi vəziyyətdə olmasını təmin etmək
Şöbənin funksiyaları:
- Universitet üzrə yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsini təmin etmək
- Universitetin korporativ şəbəkəsinin təhlükəsizliyini və işçi vəziyyətdə saxlanmasını təmin etmək
- Universitetin informsiya resurslarının təhlükəsizliyini və işçi vəziyyətdə saxlanmasını təmin etmək
- Universitetin korporativ şəbəkəsinin inkişaf etdirilməsi və daim aktual saxlanması üçün layihələr hazırlamaq
- Universitet üzrə informasiya texnologiyaları strategiyasının hazırlanması, həyata keçirilməsi və daima inkişaf etdirilməsində iştirak etmək
- İnformasiya texnologiyaları sahəsində beynəlxalq təcrübəni öyrənmək və tətbiqinin təşkil edilməsində iştirak etmək
- İnternetə çıxışı olmaqla universitetin vahid İntranet şəbəkəsinin lahiyələşdirilməsi, yaradılması və ona xidmət olunması
- Korporativ şəbəkənin idarə olunması, monitorinq və təhlil işləri, eləcə də internet trafikinin uçotunun aparılması və informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə trafikin müşahidəsini aparmaq
- Universitet şəbəkəsinin təhlükəsizliyinin və işçi vəziyyətdə saxlanmasının təmin edilməsi
- Universitetin lokal kompüter şəbəkələrinin fəaliyyətinin təmin edilməsi, onlara nəzarətin həyata keçirilməsi
- Universitet strukturuna daxil olan və tabeliyində olan qurumları arasında elektron əlaqənin və elektron məlumat mübadiləsinin yaradılmasında iştirak edilməsi
- Universitet strukturları arasında təhlükəsiz və etibarlı şəbəkə əlaqəsinin, məlumat mübadiləsinin təşkil edilməsi, mövcud sistemlərin qüsursuz və etibarlı işləməsini təmin etmək
- Universitet korporativ şəbəkəsinə server və şəbəkə avadanlıqlarının quraşdırılması, tənzimlənməsi və mövcud olan server və şəbəkə avadanlıqlarının idarə edilməsi, şəbəkə istifadəçilərinin istifadə hüquqları ilə təmin edilməsi
- İstifadə olunan texniki vasitələrin vaxtında yeniləşdirilməsinin təmin edilməsi, yeni serverlərin və şəbəkə avadanlıqlarının alınması üçün sifarişlərin hazırlanması, alınması və istifadəyə verilməsinin həyata keçirilməsini təmin etmək