İnformasiya Texnologiyaları Mərkəzi haqqında

İnformasiya Texnologiyaları Mərkəzi 2015-ci ilin 7 iyul tarixində yaradılmışdır.

2020-ci il 14 fevral tarixində isə internet texnologiyalarının tətbiqi, informasiya sistemləri və məlumat bazalarının yaradılması, şəbəkə və sistem  inzibatçılığı,  informasiya təhlükəsizliyi və kompüterlərin texniki və proqram təminatı kimi əsas fəaliyyətlərin həyata keçirilməsi məqsədilə Mərkəzin şöbələri təsis edilmişdir.

Mərkəz BDU-da informasiya sistemlərinin və məlumat bazalarının yaradılmasını təşkil edir, habelə onların təkmilləşdirilməsini və dəstəklənməsini həyata keçirir, normativ-hüquqi aktlarda və qanunvericilikdə baş verən dəyişiklik və yeniliklərin müvafiq qurumların təklifi əsasında informasiya sistemləri və məlumat bazalarında nəzərə alınmasını təmin edir, informasiya sistemlərinin qarşılıqlı əlaqəli fəaliyyətinin və BDU əməkdaşlarının informasiya sistemlərindən istifadə bacarıqlarının artırılması üçün təlimlər təşkil edir, informasiya resurslarının və məlumat bazalarının kənar müdaxilələrdən qorunmasını təmin edir, informasiya sistemlərinin istismarının təşkilinə metodiki rəhbərlik edir və bu işlərin icrasına, informasiya sistemləri və məlumat bazalarından təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət edir.

 

Mərkəzin əsas funksiyaları

 

  • Universitet üzrə yeni informasiya sistemlərinin yaradılmasını və onların fəaliyyətinin əlaqələndiril­mə­sini təmin etmək;
  • Universitet stukturlarında müxtəlif təyinatlı idarəetmə sistemlərini yaratmaq;
  • Universitetin fəaliyyət sahələri üzrə yeni layihələr işləyib hazırlamaq və tətbiq etmək;
  • Universitetin korporativ şəbəkəsinin və informasiya resurslarının işçi vəziyyətdə saxlanmasını və təhlükəsizliyini təmin etmək;
  • Universitet üzrə informasiya texnologiyaları strategiyasının hazırlanması, həyata keçirilməsi və daim inkişaf etdirilməsində iştirak etmək;
  • Universitetin qoşulduğu beynəlxalq layihələrdə iştirak etmək;
  • İnformasiya texnologiyaları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin təşkil edilməsində iştirak etmək;
  • Dövlət əhəmiyyətli proqramların Universitetdə tətbiqinin həyata keçirilməsində iştirak etmək;
  • Universitetdə İKT avadanlıqlarının alınmasına dair sifarişlərin formalaşmasında iştirak etmək;
  • İnformasiya texnologiyalarından istifadə zamanı Universitetin struktur bölmələrinə məsləhət və texniki xidmət göstərmək;
  • Tədris prosesinin təşkilində informasiya texnologiyalarının tətbiqi üzrə məsləhətlər vermək;
  • Universitetin lokal, intranet, extranet şəbəkələrini lahiyələndirmək, yaratmaq və xidmət göstərmək;
  • Müxtəlif təyinatlı veb resursları yaratmaq və təhlükəsizliyini təmin etmək;
  • Korporativ şəbəkənin idarə olunması, monitorinq və təhlil işləri, eləcə də uçotunun aparılması məqsədilə internet trafikini izləmək;
  • Elektron kitabxana fondunun, multimedia texnologiyalarının, elektron kontentlərin yaradılması və formalaşdırılması prosesi zamanı avadanlıq və proqram təminatına texniki xidməti həyata keçirmək;

 

Mərkəzin əsas vəzifələri

 

  • Universitetin müvafiq qurumları ilə birlikdə informasiya kommunikasiya texnologiyaları strategiyasının hazırlanması və onun həyata keçirilməsinə dair təkliflər hazırlamaq;
  • Universitetdə informasiya sistemlərinin və məlumat bazalarının yaradılmasını təşkil etmək, təkmilləşdirilməsini və dəstəklənməsini həyata keçirmək;
  • Normativ-hüquqi aktlarda və qanunvericilikdə baş verən dəyişiklik və yeniliklərin müvafiq qurumların təklifi əsasında informasiya sistemləri və məlumat bazalarında nəzərə alınmasını təmin etmək;
  • Universitetdə istifadə olunan informasiya sistemlərinin qarşılıqlı əlaqəli fəaliyyətini təşkil etmək;
  • Universitetdə informasiya resurslarının və məlumat bazalarının kənar müdaxilələrdən qorunmasını təmin etmək;
  • Universitetin informasiya sistemlərinin istismarının təşkilinə metodiki rəhbərlik etmək və icrasına nəzarət etmək;
  • Universitetin informasiya sistemləri və məlumat bazalarından təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;
  • Universitetin iştirakçısı olduğu beynəlxalq layihələrdə informasiya kommunikasiya texnologiyaları ilə bağlı məsələlərin əlaqələndirilməsini təmin etmək;
  • Universitetin müxtəlif təyinatlı veb resurslarının yaradılmasını təşkil etmək, onların məzmun və informasiya baxımından yeniləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
  • Mərkəzin əməkdaşlarının müasir informasiya texnologiyaları sahəsində müxtəlif beynəlxalq qurumlar tərəfindən təşkil edilmiş konfrans, seminar və digər tədbirlərdə iştirakını təmin etmək;
  • İnformasiya sistemlərinin yaradılması, inkişaf etdirilməsi və dəstəklənməsi sahəsində beynəlxalq təcrübənin və yeni informasiya texnologiyalarının öyrənilməsi məqsədilə Mərkəzin əməkdaşlarının təlim səfərlərinə və təlim kurslarında iştirakına dair təkliflər hazırlamaq;
  • Universitetin əməkdaşlarının informasiya sistemlərindən istifadə bacarıqlarının artırılması üçün təlimlər təşkil etmək;
  • Mərkəzin fəaliyyəti ilə əlaqədar əmr, sərəncam və digər sənəd layihələri hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək.
  • Kompüter siniflərinin tam işlək vəziyyətdə olmasını təmin etmək;
  • Tədris və iş prosesi zamanı kompüter texnikasından istifadənin səmərəliliyinə nəzarət etmək;

 

BDU-un əməkdaşları iş prosesində hər hansı texniki problemlə üzləşdikdə İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən yaradılmış “Dəstək Sorğu Xidməti”nə onlayn qaydada müraciət edərək dəstək ala bilərlər.