ELMİ LAYİHƏ VƏ QRANTLAR

Lodka-Volter, istifadəçi və resurs, silahlanma sürətinin tətqiqi üçün Riçardson xətti və balıqların populyasiyası qeyri-xətti modellərin ümumiləşdirilməsi və onun sənayedə eyni təyinatlı müəssisələr arasındakı rəqabət və kofliktlərin tətbiqi üçün məlum qeyri-xətti modellə müqayisəsi və bu modellərin həllinə hibrid tipli üsulların tətbiqi.
İstifadə olunan üsullar əsasən sabit əmsallı çoxaddımlı üsullarla kəsr addımlı üsulların kəsişməsində yerləşən hibrid tipli üsullardır. Məlumdur ki, qeyri-aşkar üsulların istifadəsində müəyyən çətinliklər yaranır. Bu çətinlikləri aradan qaldırmaq məqsədilə layihədə pronoz korreksiya üsulundan istifadə oluması təklif olunur. Üsulların qurulmasında kəsr addımlı üsullardan istifadə olunduğu üçün məlum proqnoz korreksiya üsullarından istifadə olunması göstərilən halda mümkün deyil. Buna görə də bu üsulların istifadə olunması üçün yeni yanaşmalar təklif olunmuşdur. Bunlar məlum sxemlərlə müqayisə olunmuş və onların üstün cəhətləri göstərilmişdir. Alınan nəticənin yeniliyinin nümayiş etdirilməsi üçün sadə üsullardan istifadə olunmuş və tətbiq olunan yanaşmanın yeni olduğu sübut olunmuşdur. 
 
Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology
Staff exchanges and collaborative research and training between universities and research organisations from Azerbaijan, Belarus, Czech Republic, Germany, Kazakhstan, Ukraine, and Uzbekistan is the goal of the EU-funded SOMPATY project. It will boost research ties between Europe and the Commonwealth of Independent States (CIS was established at the end of 1991, in the wake of the end of the USSR). The research institutes participating in this project boast a strong research focus on spectral optimisation and its applications in nano-technology, life sciences, and quantum mechanics. Between 2020 and 2024, four project events (one per year) have been scheduled. Each includes a workshop, summer school, open access proceedings and public outreach activities.
 
Operatorlar nəzəriyyəsində funksiyalar nəzəriyyəsi metodları
Layihədə sərhəd şərtlərində xətti və kvadratik şəkildə spektral parametr iştirak edən halda II tərtib (Şturm-LiuvilI, diffuziya) diferensial operatorların spektral verilənlər üzrə bərpa metodları verilmişdir. Bu metodlar vasitəsilə bir və iki spektr və işarələr ardıcıllığı üzrə baxılan diferensial tənliklərin əmsalları və sərhəd şərtlərinin parametrləri birqiymətli bərpa olunur. Məxsusi ədədlərin asimptotik düsturlarının köməyi ilə məsələlərin xarakteristik funksiyaları sonsuz hasil şəklində qurulur, fundamental həllərin cüt olmasından istifadə edərək, sinus tipli funksiya bərpa olunur və bundan sonra digər tam funksiyalar tapılır, ayrilan sərhəd şərtli məsələlər üçün iki spektrə görə tərs məsələnin həll üsuluna gətirilir.
 
Semi-Markov və innovasiyalı avto­req­ression proseslərlə təsvir olunan təsadüfi dolaşmaların tədqiqi və onların tədbiqləri
Layihə çərçivəsində baxılan məsələlərin həlli üçün təsadüfi prosesləri nəzəriyyəsinin, ümumi erqodiklik nəzəriyyəsinin fundamental faktlarından, qeyri-sərhəd məsələləri nəzəriyyəsinin metodlarından, həmçinin limit teoremlərinin isbat üsullarından, Karamatanın düzdün dəyişən funksiyalar nəzəriyyəsinin mühüm nəticələrindən, fuzzy çoxluqlar nəzəriyyəsinin elementlərindən həmçinin R proqramlaşdırma mühitindən istifadə olunmuşdur.
 
Innovative Training Center to support a 3rd cycle Advanced Education Course to face Environmental Emergency in Azerbaijan
ITACA project deals with the design and building up of a Training Center, involving EU and local institutions, as well as enterprises active in the field of environmental impact of oil and gas production, to contribute to the strengthening of the relationship between university and industry, by jointly training graduated students to be employed in the field. The Training Center will design and develop a one year postgraduate 3rd cycle course managed in collaboration between industry and academia. The current HE system in the Country does not include a 3rd cycle of education different from PhD courses, while in EU it has been proved successful, especially in the field of ecology and environmental sciences, as well as engineering. The introduction of this new type of course, constituting a bridge between Universities and industries, could contribute to solving the emerging issues in the field of environmental remediation in the Country. An innovative teaching methodology will be applied, based on EU experiences, thus contributing to the modernization of local HE system.
 
Bir neçə A-F spektral sinifli ifrat nəhəng və nəhəng ulduz atmosferləri: fundamental parametrlər, mikroturbulentliyin işıqlıq sinifindən asılılığı, kimyəvi tərkib
Bir neçə A,F spektral sinifli) ifrat nəhəng, nəhəng ulduzların spektrlərində bütün elementlərin spektral xəttlərinin ekvivalent enləri ölçülmüşdür. Model və parallaksın tədbiqi üsulları ilə baxılan A,F spektral sinifli ulduzların effektiv temperaturları və səthində ağırlıq qüvvəsinin təcilləri təyin edilmişdir. Ulduzların atmosferlərində miktoturbulent hərəkət sürəti təyin edilmişdir. Müəyyən edilmişdir ki, ağırlıq qüvvəsinin təcili g böyük olan ulduzlarda mikroturbulent hərəkət sürəti kiçikdir: g artdıqca azalır. Ulduzunun atmosferində elementlərin miqdarı təyin edimiş və Günəşdə olan miqdarla müqayisə edilmişdir. Metalların miqdarı Günəşdəki kimidir. C elementinin miqdarının azlığı, N və Na elementlərin miqdarını artıqlığı aşkar edilmişdir. Bu isə onu göstərir ki, baxılan ulduzlar və Günəş eyni tərkibli maddədən yaranmışlar, C, N və Na elementlərinin miqdarında təkamül dəyişkənliyi olmuşdur, metallar isə ilkin miqdarlarını saxlamışlar. Bu nəticələr ulduzların kimyəvi təkamülü nöqteyi nəzərindən əhəmiyyətli nəticələrdir.
 
Si-un səthinin nano-teksturasiyası ilə Si/Cd1-xZnxS (Se)/ZnO nazik təbəqəli günəş elementlərinin effektivliyinin artırılması
p-Si/A2B6 tip diod quruluşlarında düzləndirmə əmsalının nazik təbəqələrin tərkibindən asılılığı ekstremum xarakterlidir- maksimal düzləndirmə tərkibin konkret bir (və ya iki) qiymətində əldə edilir. p-Si/A2B6 tip bütün tərkib heterokeçidlərin keçid oblastında iki tip defekt səviyyələri mövcuddur: birinci tip donor səviyyələrinin aktivləşmə enerjisi nazik təbəqələrin çökdürülmə rejimindən asılı olaraq dəyişdiyindən reaksiya zamanı təbəqələrin səthində və həcmində olan və asan buxarlanan halkogen (S, Se və Te) atomlarının artıqlığı ilə əlaqədardır. Açıq hava və oksigen mühitində 400-4150C temperaturda Tİ zamanı ardıcıl müqavimətin və n-nin qiymətinin yenidən dəyişməsi, habelə fotohəssaslıq spektrində qısa dalğalar oblastında yeni bir maksimumun yaranması nazik təbəqələrin səthində və həcmində olan kimyəvi çökdürmə zamanı reaksiyaya girməmiş Cd və Zn-in Tİ zamanı mühitdəki oksigenlə birləşərək nazik təbəqələrin səthində komplekslər yaratması ilə əlaqədardır. Katod çökdürmə potensialının optimal qiymətdən böyük və kiçik qiymətlərində katodun səthində termodinamik tarazlığın pozulması və ionların (Cd+, Zn+, S+, Se+, Te+) elektrokimtəvi aktivliyinin kəskin fərqlənməsi nəticəsində metal və ya halkogen artıqlığının və metal hidroksidlərinin yaranması heterokeçidlərdə elektrik və fotoelektrik parametrlərinin ossilyasiyasının səbəbidir. Dördqat birləşmələrdə (əsasən Te-lu birləşmələrdə daha çox) VAX-ın qeyri-ideallıq əmsalının, ardıcıl müqavimətin Tİ rejimindən zəif asılı olması, habelə fotoelektrik parametrlərinin qiymətlərində ossilyasiyaların zəif olması onların ikiqat və üçqat birləşmələrə nisbətən daha dayanıqlı olduğunu sübut edir.
 
2-Əvəzli triazollar – yeni bioloji aktiv molekullar və lüminessent materiallar
Alfa-Keto turşular amin turşularının, karbohidratların, nuklein turşularının biosintezində aralıq məhsullar hesab edilməsi ilə yanaşı, həmdə bioloji aktivlikləri baxımından olduqca mühüm birləşmələr hesab edilir. Bu birləşmələrin sintez və çevrilmələri əsasında aparılan elmi-tədqiqat işlərinə ədəbiyyatda son dövrlərdə tez-tez rast gəlinir. Misal üçün ədəbiyyatda hipervalentli yod üzvi reagentlər əsasında fenil hidrozonların oksidləşməsindən alfa-keto efirlərin alındığına aid məlumatı göstərmək olar. Məhz bu baxmından layihədə dixlordiazadienlər əsasında alfa-keto turşu efirlərinin hidrozo törəmələrinin sintez edilməsi üzvi sintez baxımından olduqca önəmli reaksiya hesab olunurlar. Ümumiyyələ, layihədə çərçivəsində sintez edilmiş dixlordiazadienlər öz quruluş xüsusiyyətlərinə görə üzvi sintezdə bir çox mühüm birləmələrin (azido 2H-1,2,3-triazolların, azotlu heterotsiklik birləşmələrin və s.) sintezində substrat olaraq tədbiq edilmişdir.
 
Kiçik Qafqaz təbii vilayətinin turizm-rekreasiya potensialının qiymətləndirilməsi və reyestri
Lahiyənin yerinə yetirilməsində turizm-rekreasiya sahəsində bir çox üsul və metodlardan istifadə olunmuşdur ki, bunlarıda aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Çöl-tədqiqat üsulları. Tədiqat müdətində Gədəbəy, Tovuz, Göygöl, Daşkəsən, Goranboy rayonları Naftlan və Gəncə şəhərlərinə ezamiyyətlər təşkil olunmuşdur. Ezamiyyət 50 çox yaşayış məntəqəsin əhatə etmiş, 122 mədəni, 63 təbii irs, 20-ə yaxın ənənəvi sənətkarlıq nümunələri öyrənilmişdir.
2. Müqayisə. Yerində alınnmış məlumatlar əsasında resursların müasir vəziyyətinin müqayisəsi aparılmışdır.
3. Tarixilik. Mədəni və ənənəvi irs nümunələrinin tarixi dəyişikliklərə məruz qalması və müasir vəziyyəti öyrənilmişdir.
4. CİS üsulları. Mədəni və təbii irs nümunlərinin dəqiq kordinatları müəyyənləşdilmişdir. Belə ki, tədiqat regionunda 100-dən çox mədəni və təbii irs nümunələrinin kordinatları vurulmuşdur.
5. Kartoqrafik metod. Kiçik Qafqaz təbii vilayətinin ilk dəfə olara turizm rekreasiya resursları və klasterlərinin xəritəsi tərtib olunmuş, onun interaktiv variantı hazırlanmışdır.
6. Modelləşdirmə və klaster üsulları. Resurların reyestrinin aparılmasında müasir yanaşmalardan istifadə olunmuş və eko-mədəni klasterlərin modeli verilmişdir.
 
Yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və in vitro/in vivo öyrənilməsi
İlk dəfə olaraq 5,5'-(etan-1,2-diilbis(azanediil))bis(4-amino-5-oksopentanoik turşusu) sintez olunmuş, tədqiq edilmişdir. Bundan başqa, ilk dəfə olaraq mikrodalğa köməyi ilə CEM Liberty peptid sintezatorunda Fmoc kimyasından istifadə edərək qatı faz peptid sintezi metodu ilə N,N’-etan-1,2- diyl)bis(2-aminopropanamid) və 5,5'-(etan-1,2-diilbis(azanediil))bis(4-amino-5-oksopentanoik turşusu) psevdodipeptid fraqmentlərin sintezi aparılmışdır və bu növ molekullarının sintezi üçün uyğun və effektiv üsul olduğu təyin olunmuşdur. Peptidlərin və onların müxtəlif törəmələrin sintezində mikrodalğalı enerjinin istifadəsinin adi otaq temperaturunda və ya klassik isitmə üsulları ilə müqayisədə iki əsas üstünlükləri var: reaksiya müddətləri əhəmiyyətli dərəcədə daha az olur və bir çox halda peptid məhsulu daha yüksək təmizliyə malik olur. Sintez zamanı amin turşuların quruluşunda mövcud bir çox qütb və ion növü mikrodalğalı enerjisinin təsirinə məruz qalır, beləliklə reaksiya mühiti sürətlə qızdırılır. Yaranan temperatur artımı zəncirarası və zəncirdaxili assosiasiyalar hesabına zəncir aqreqasiyanın pozulmasına kömək edə bilər, və zəncirin böyüyən ucunun reaksiyaya daha asan daxil olmağa imkan verir. Beləliklə mikrodalğalı şüalanmanın istifadəsi ilə əvvəllər əlçatmaz olan peptidlərin sintezi artıq mümkün olur və bizim layihə çərçivəsində də daha sərfəli və effektiv üsul olduğunu göstərmişdir.