Tələbələr arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş qısa hekayə müsabiqəsi
Bakı Dövlət Universiteti tələbələr arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş qısa hekayə müsabiqəsi elan edir
Müsabiqəyə təqdim edilən hekayələrin həcmi 5.000 işarədən artıq olmamalıdır.
Müsabiqəyə yazılar Azərbaycan və rus dillərində təqdim edilə bilər.
Hekayələr aprelin 5-dək [email protected] ünvanına göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun bakalavr və magistrantları iştirak edə bilərlər.
Təqdim olunmuş hekayələr Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcəkdir.
Müsabiqənin nəticələri Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş elmi konfransda elan ediləcək, qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.
I yer – 600 manat;
II yer - 400 manat;
III yer - 200 manat.
Qalib elan olunan hekayələr mətbuatda dərc ediləcəkdir.