Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı - E L A N
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş
“Mir Cəlal – 115” mövzusunda
Respublika elmi konfransının
E L A N I
2023-cü il 18-19 aprel tarixlərində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, məşhur yazıçı, görkəmli ədəbiyyatşünas, mahir pedaqoq, parlaq şəxsiyyət Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 115 ili tamam olur. Bakı Dövlət Universiteti görkəmli yazıçı və alimin zəngin və çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, həmçinin Azərbaycan filologiyasında Mir Cəlal yaradıcılığının yeni konseptual aspektdə nəzərdən keçirilməsi, dilçilik və ədəbiyyatşünaslıqda bu mövzunun şərhi istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə vermək məqsədilə Mİr Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş “Mir Cəlal – 115” mövzusunda Respublika elmi konfransı keçirir.
Konfransda iştirak etmək istəyən elm adamları və gənc tədqiqatçılar mövzu ilə bağlı məruzələrin xülasələrini (400-500 söz həcmində) 5 aprel 2023-cü il tarixinədək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Konfransın təqvimi:
- Xülasələrin göndərilməsi üçün son tarix – 5 aprel 2023
- Qəbul olunmuş xülasələrin elan edilməsi – 12 aprel 2023
- Konfransın keçirilməsi tarixi – 18-19 aprel 2023
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri
Konfrasın bölmələri:
- Mir Cəlalın ədəbiyyatşünaslıq görüşləri;
- Mir Cəlalın bədii yaradıcılığı: ideya-məzmun istiqamətləri, mövzu və janr xüsusiyyətləri;
- Mir Cəlal əsərlərinin dili;
- Mir Cəlal gənc tədqiqatçıların gözü ilə.
Xülasələrin mətninə verilən tələblər:
- Xülasələr 400-500 söz həcmində, Times New Roman şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır.
- Yazının əvvəlində ortadan xülasənin adı böyük tünd-qara şriftlərlə yazılmalıdır; onun aşağısından müəllifin adı, atasının adı, soyadı tünd-qara şriftlə; aşağıdan müəllifin elmi dərəcəsi və elmi adı kursivlə, onun altından çalışdığı və ya təhsil aldığı müəssisə adi şriftlə qeyd olunmaldır.
- Xülasənin sonunda mövzu ilə əlaqədar 3-5 açar söz yazılmalıdır.
- Xülasədə ədəbi dil normalarına ciddi əməl olunmalı, tezisdə məruzənin elmi yeniliyi və aktuallığı əks olunmalıdır.
Diqqət! Əvvəllər çap olunmuş və göstərilən tələblərə cavab verməyən xülasələr təşkilat komitəsi tərəfindən qəbul edilməyəcək və bu barədə müəlliflərə ayrıca məlumat verilməyəcəkdir.
Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra nəticələri barəsində müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
Təşkilat komitəsi ilə əlaqə
Telefon: 012 539 02 12; 012 539 03 73
E-mail: [email protected]
Ünvan: Z.Xəlilov küç. 23
FORMA 2. İştirakçılar öz şəxsi məlumatlarını bu formaya daxil edib xülasənin sonuna əlavə etməlidir.
Adı, ata adı, soyadı |
|
|
İşlədiyi (və ya təhsil aldığı) müəssisə |
|
|
Vəzifəsi |
|
|
Elmi dərəcəsi və elmi adı |
|
|
Telefonu və imeyl ünvanı |
|
|
Tezisin adı |
|
|
Tezisin aid olduğu bölmə |
|
|
Təqdim etdiyiniz mövzu ilə bağlı bundan əvvəl çap olunmuş əsəriniz varmı? |
Hə |
Yox |