“Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
Bakı Dövlət Universiteti və Holon Texnologiya İnstitutunun (Israil) birgə təşkilatçılığı ilə 2021-ci ilin 20-21 dekabr tarixlərində “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir.
Konfransın məqsədi görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əlyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə əlaqədar Lütfi Zadə irsini öyrənmək, qeyri-səlis məntiq, süni intellekt sahəsində prioritet istiqamətləri üzə çıxarmaq, innovativ layihələri müəyyənləşdirmək, bu sahədə dünyanın aparıcı mütəxəssisləri ilə təcrübə mübadilələri aparmaq, gənc tədqıqatçıları elmi araşdırmalara təşviq etmək, elmi tədqiqat işlərinin nəzəri və tətbiqi cəhətdən əldə olunan mühüm nəticələrini beynəlxalq səviyyədə müzakirə etməkdir.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
- Qeyri-səlis nəzarət
- Qeyri-səlis ölçü və metrika
- Tətbiqi riyaziyyat və aproksimasiya nəzəriyyəsi
- Diferensial tənliklər və tətbiqləri
- Maşın(texnika) öyrənilməsinin tətbiqləri
- Qeyri-səlis dinamik sistemlər və Xaos nəzəriyyəsi
- Ümumi mühəndisliyin tətbiqləri
- Geniş məlumatlar və məlumat mədəni
- Qeyri-səlis topologiya
10. Qeyri-səlis cəbr
11. Qeyri-səlis analiz
12. Semantik şəbəkə
13. Statistik analizlər
14. Kompyuter intellekti
15. Qeyri-səlis çoxluqların tətbiqləri
16. Mükəmməl öyrənmənin tətbiqləri
17. Geniş ölçülü vizualizasiya
Tezislərin təqdim edilməsi üçün son tarix: 1 noyabr 2021-ci il
Tezislər onlayn olaraq aşagıdakı linkdə mövcud olan məruzələrin göndərilmə sistemi vasitəsilə yüklənməlidir: http://fla2021.bsu.edu.az/#link5
Tezislərin tərtib olunma qaydaları:
Konfransın işçi dili: İngilis dili
Tezis ingilis dilində təqdim olunmalıdır.
Tezisin adı qısa və aktual olmalıdır (12 sözdən çox olmamalıdır)
Tezisin adı: böyük hərflərlə, qalın şrift,şrift ölçüsü 14,şrift Calibri
Müəllifin soyadı, adı, atasının adı: qalın şriftlə, şrift ölçüsü 12, şrift Calibri
Təşkilat, şəhər və ölkənin adı: adi şriftlə, kursiv,şrift ölçüsü 12,şrift Calibri
Elektron ünvan: adi şriftlə, kursiv,şrift ölçüsü 12,şrift Calibri
Təqdim olunmuş tezisin həcmi 500 sözdən çox olmamalı, format A4, fayl formatı*doc,docx,şrift Calibri,Şrift ölçüsü 14, yuxarıdan - 2,7 sm, aşağıdan- 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm, interval 1.
İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir (məsələn, [2])
Ədəbiyyat siyahısı mətnin sonunda verilir (məsələn, M.Hasanov, A.Mamedov, Properties of CdS
films. J of Nanotechnology 2021, 25 (31), p. 34-45.)
Bütün məlumatlar onlayn müraciət sisteminə ingilis dilində daxil edilməlidir.
Konfransın elmi istiqamətlərinə uyğun gəlməyən tezislər qəbul edilməyəcəkdir.
Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcək və iştitrakçılara müvafiq setifikatlar veriləcəkdır. Seçilmiş məqalələr nüfuzlu jurnallarda nəşr ediləcəkdir.
Konfransın keçiriləcəyi yer və əlaqə:
Bakı Dövlət Universiteti,
AZ1148, Z.Xəlilov küç., 33.
Tel: (+99412) 538 95 40
Mob: (+99470) 747 75 22və (+99450) 335 44 70
E-poçt: [email protected]