BDU tələbələri üçün Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetində akademik mübadilə proqramı
Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti 2025/2026-cı tədris ili üçün bakalavriatura, magisrtatura və doktorantura pillələri üzrə akademik mübadilə proqramına müraciətləri açıq elan edir.
Müraciət edilə bilən ixtisaslar barədə məlumatı https://vku.edu.kz/opru/ linkindən əldə etmək mümkündür.
Tələbələrin təhsil aldığı fakültəyə müvafiq ixtisası seçdikdən sonra aşağıdakı formanı dolduraraq, tələb olunan sənədlərlə birlikdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinə (əsas bina, 3-cü mərtəbə, 321-ci otaq) yaxınlaşması xahiş olunur.
Sənədlərin qəbulu üçün son qeydiyyat tarixi 29.05.2025-ci ildir.