BDU tələbələri arasında süni intellekt müsabiqəsi elan edilir: “100 il sonra BDU”
SOSİAL
4 Aprel 2024 13:10

“BDU könüllüləri” təşkilatı və Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi Bakı Dövlət Universitetinin tələbələri arasında “100 il sonra BDU” adlı süni intellekt ilə dizayn müsabiqəsi elan edir.
Müsabiqənin keçirilməsində məqsəd tələbələrin süni intellektlə işləmə bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsidir.
Müsabiqədə iştirak etmək istəyən tələbələr işlərini 21 aprel saat 23:59-dək aşağıdakı meyarlara cavab vermək şərti ilə [email protected] e-poçt ünvanına göndərməlidirlər:
- Elektron məktubun mövzu hissəsində müsabiqənin adı (“100 il sonra BDU”) qeyd olunmalıdır;
- Göndəriləcək iş (şəkil) yüksək keyfiyyətdə olmalıdır;
- Bir tələbə yalnız 2 dizayn (şəkil) göndərə bilər;
- Elektron məktubda əlaqə nömrəsi, fakültə, kurs, ad, soyad, ata adı qeyd edilməlidir.
Son XƏBƏRLƏR
01.05.2026 | 17:00
BDU-da “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi keçiriləcək
21.04.2026 | 20:40
VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək
31.03.2026 | 12:36
BDU 2026/2027-ci tədris ili üçün “Orhun” mübadilə proqramı üzrə tələbə qəbulu elan edir
19.03.2026 | 09:50
BDU-nun Biomühəndislik elmi-tədqiqat laboratoriyasında boş olan elmi işçi vəzifəsini tutmaq üçün müsabiqə
10.03.2026 | 14:49