BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə
BAKI DÖVLƏT UNİVERSİTETİ
27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş
BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edir
Bakı Dövlət Universitetində (BDU) 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan BDU əməkdaşları arasında “İlin alimi” müsabiqəsinin məqsədi il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan BDU-nun əməkdaşlarının mükafatlandırılmasıdır.
Müsabiqə qaliblərinin mükafatlandırılması:
Müsabiqə üzrə qaliblər aşağıdakı nominasiyalar üzrə “İlin alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:
1-ci yer:
- Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (2 500 manat);
- Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (2 500 manat).
2-ci yer:
- Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (1 500 manat);
- Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 500 manat).
3-ci yer:
- Təbiət elmləri və dəqiq elmlər üzrə – 1 nəfər (1 000 manat);
- Humanitar və ictimai elmlər üzrə – 1 nəfər (1 000 manat).
Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilməsi meyarları