BDU-nun nəzdində FPİ-nun əməkdaşı Özbəkistanın Xivə şəhərini ziyarət ediblər və yeni texnologiyaları ilə tanış olublar.

BDU-nun nəzdində Fizika Problemləri İnstitutunun direktoru Sədiyar Rəhimov və BDU-nun Tədqiqat, inkişaf və innovasiyalar üzrə Mükəmməllik mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun mütəxəssisi, Optika və Molekulyar fizika kafedrasının magistrantı Mustafa Azadov 2023-cü il 13-21 may tarixlərində Özbəkistan Fizika Cəmiyyətinin, Daşkənddəki Turin Politexnik Universitetinin və Urgənc Dövlət Univer­sitetinin birgə təşkilatçılığı ilə keçirilmiş "Future prospects of perovskite based solar cells: Low carbon energy conversion through advanced functional materials" adlı yay məktəbində iştirak etmək məqsədilə Özbəkistanın Xivə şəhərində olmuşlar. Bu müddət ərzində keçirilən yay məktəbində perovskit əsaslı günəş elementləri sahəsində çalışan Yokohamanın Toin Universitetinin (Yaponiya) professoru Tsutomu Miyasaka, Tokio Universitetinin (Yaponiya) professoru Satoşi Uşida, Roma Universitetinin (İtaliya) professorları Aldo di Karlo,Françeska Brunetti, Hyuston Universitetinin (ABŞ) professoru Eric Bittner, Vursburg Universitetinin (Almaniya) professoru Vladimir Dyakonov,  Prinston Universitetinin (ABŞ) professoru Berri Rand, Vuhan Universitetinin (Çin) professoru Tao Vang, Malaziya Pahang Universitetinin (Malaziya) professoru Jose Racan və b. kimi dünyanın tanınmış alimləri tərəfindən oxunan 42 mühazirə dinləmiş, xüsusən də bu sahədə son illərdə alınmış elmi nəticələr, günəş elementlərinin yaradılması texnologiyası və dizaynı sahəsində olan yeniliklərlə tanış olmuşlar.
Bundan əlavə Özbəkistan EA Fizika Texnika İnstitutu, Polimer kimyası və fizikası İnstitutu (Özbəkistan), Turin Politexnik Universitetinın (Özbəkistan) alimlərilə elmi əlaqələr qurulmuş, gələcəkdə birgə elmi tədqiqatların aparılması mümkünlüyü və istiqamətləri müzakirə edilmiş, beynəlxalq qrantlarda birgə işləmə məsələlərin ətrafında danışıqlar aparılmışdır.