BDU-nun nəzdində Fizika Problemləri ETİ-nin əməkdaşının məqaləsi Q2 kvartil kateqoriyalı jurnalda dərc edilib.

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Biofizika” şöbəsinin aparıcı elmi işçiləri Svetlana Demuxamedova və Gülnara Haqverdievanın “N-əvəz edilmiş tiokarbamidin metal komplekslərinin sintezi, struktur analizi, DFT-nin tədqiqi, antioksidant aktivliyi” (“Synthesis, structural analysis, DFT study, antioxidant activity of metal complexes of N-substituted thiourea”) adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan, “Polyhedron” jurnalında (Volume 231, 1 February 2023, 116274) dərc edilmişdir.

N-əvəz edilmiş tiokarbamid və onun metal kompleksləri sintez edilmiş və Nüvə maqnit rezonansı (NMR), İnfraqırmızı (İQ) spektroskopiyası və rentgen faza analizi ilə xarakterizə edilmişdir. Bu birləşmələrin sabit strukturlarını xarakterizə edən həndəsi, enerji və elektron parametrləri 6–31++G(d,p) bazası əsasında DFT/B3LYP nəzəriyyə səviyyəsində təyin edimişdir. Sərhəd molekulyar orbitalların enerjiləri, enerji boşluğu, kimyəvi reaktivlik deskriptorları, atom yükləri, dipol momenti və qütbləşmə qabiliyyəti hesablanmış, reagent və kompleks üçün molekulyar qarşılıqlı təsirlərin baş verə biləcəyi elektrofil və nukleofil bölgələrin yerləri müəyyən edilmişdir.

Məqalənin linki: https://doi.org/10.1016/j.poly.2022.116274