BDU-nun Fizika Problemləri ETİ-nin "Nəzəri Fizika" şöbəsinin müdiri, dosent Şahin Ağayevin nüfuzlu jurnallarda məqalələri dərc edilmişdir

BDU-nun Fizika Problemləri ETİ-nin "Nəzəri Fizika" şöbəsinin müdiri, dosent Şahin Ağayevin dördkvarklı adronlara həsr edilmiş tədqiqatlarının nəticələri nüfuzlu, Web of Science Clarivate Analytics beynəlxalq elmi məlumat bazasına daxil olan yüksək təsir əmsallı (impakt faktorlu) jurnallarda dərc edilmişdir.

Belə ki, aksial-vektor Tbb tetrakvarkın yarıleptonik və qeyri-leptonik parçalanma kanallarının effektiv en kəsikləri hesablanmış, onun yaşama müddəti dəqiqləşdirilmişdir.  Semileptonic and nonleptonic decays of the axial-vector tetraquark Tbb (Aksial-vektor Tbb tetrakvarkın yarıleptonik və qeyri-leptonik parçalanmaları) məqaləsi Eur.Phys. A57, 106 (2021) [IF=2.799] jurnalında işıq üzü görmüşdür.

Tərkibi dörd müxtəlif kvarkdan ibarət eqzotik mezonlar nəzəri və eksperimental araşdırmaların daim diqqət mərkəzində olmuşlar. Bu yaxınlarda LHCb eksperimenti (CERN, İsveçrə) belə mezonların müşahidə edildiyi barədə məlumat vermişdir. X0(2900) və X1(2900) rezonansları kimi tanınan bu hissəciklərin xassələri müvafiq olaraq New scalar resonance X0(2900) as a molecule D*K* molecule: mass and width (Yeni skalyar X0(2900) rezonansı D*K* molekulu kimi: kütlə və en) J.Phys.G 48, 085012 (2021) [IF=3.534], və Vector resonance X1(2900) and its structure (Vektor X1(2900) rezonansı və onun strukturu) Nucl. Phys. A1011, 122202 (2021) [IF=1.695] jurnallarında çap olunmuşlar.

Bundan başqa, ikiqat elementar elektrik yükü daşıyan Zv vektor tetrakvarkın kütləsi və effektiv en kəsiyi hesablanmış, onun LHCb eksperimentində kəşf oluna biləcəyi vurğulanmışdır. Doubly charged vector tetraquark Zv (İkiqat yüklü Tv vektor tetrakvarkı) məqaləsi Phys.Lett. B820, 131530 (2021) [IF=4.162] jurnalında dərc olunub.

Məqalələrin mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://doi.org/10.1140/epja/s10050-021-00428-5

https://doi.org/10.1088/1361-6471/ac0b31

https://doi.org/10.1016/j.nuclphysa.2021.122202

https://doi.org/10.1016/j.physletb.2021.136530