BDU-nun Fizika Problemləri ETİ-nin kollektivi İnstitutun direktor müavini Namiq Hacıxəlil oğlu Dərvişovu 70 illik yubileyi münasibəti təbrik edirik.

BDU-nun Fizika Problemləri ETİ-nin kollektivi İnstitutun direktor müavini Namiq Hacıxəlil oğlu Dərvişovu 70 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxt ömür, elmi və pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırlar.                                                                                               

Dərvişov Namiq Hacıxəlil oğlu 13 aprel 1952-ci ildə Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. O, 1969-cu ildə orta təhsilini həmin kənddə başa vurmuş, 1969-cu ildə Bakı Dövlət Unverstitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olmuş, 1974-cü ildə isə oranı bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Namiq müəllim əmək fəaliyyətinə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi 258 saylı orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi başlamış və 1977-ci ilə kimi orada çalışmışdır. 1977-ci ildə BDU-nun Fizika fakültəsinin aspiranturasına qəbul olduqdan sonra Namiq müəllim pedoqoji fəaliyyətini BDU-da davam etdirmişdir. 1981-ci ildə aspirantura təhsilini başa vurduqdan sonra o, pedaqoji fəaliyyətlə bərabər, elmi tədqiqatlarla məşğul olmağa başlamışdır. Namiq müəllim 1977-1987-ci illərdə BDU-da Fizika Problemləri Elmi Tədqiqat Labaratoriyasında mühəndis, 1987-2005-ci illərdə elmi işçi, aparıcı elmi işçi, 2005-ci ildən isə BDU-nun Fizika Problemləri ETİ-da aparıcı elmi işçi və ETİ-nin elmi katibi vəzifələrində çalışmışdır. O, hal hazırda Fizika Probləri İnstitunda direktor müavini vəzifəsində çalışır və ETİ-nin elmi katibi vəzifələrini icra edir. Namiq müəllim 1987-ci ildə „Şeelit quruluşlu kristallarda və onların bərk məhlullarında elektron və rəqs spektrləri“ mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. O, 1994-cü ildən isə dosentdir. Onun tədqiqat sahələri əsasən “Bərk cisimlərin optik və fotoelektrik xassələrinin tədqiqi”, “Yarımkeçiricilərdə və nanohissəciklədə fotolüminesensiyanın tədqiqi”, ”Mikro və makroməsaməli silisumun elektrokimyəvi aşılama texnologiyası ilə alınması və lüminessent xassələrinin tədqiqi” bölmələri olmuşdur. Namiq müəllim 110-dan çox elmi əsərin müəllifi olub bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.

Fizika Problemləri İnstitutunun kollektivi Namiq müəllimə möhkəm can sağlığı, xoşbəxt ömür, gələcək elmi və pedaqoji fəaliyyətlərində böyük uğurlar və yeni-yeni nailliyətlər arzulayırlar.