BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşlarının məqaləsi Q2 kvartil kateqoriyalı jurnalda dərc edilib.

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun “Nəzəri fizika” şöbəsinin aparıcı elmi işçisi Şahin Məmmədovun “Vector meson gravitational form factors and generalized parton distributions at finite temperature within the soft-wall AdS/QCD model” (AdS/KXD-nin yumşaq divar modeli daxilində sonlu temperaturda vektor mezonun qravitasiya form faktorları və ümumiləşdirilmiş parton paylanmaları )  adlı məqaləsi Q2 kvartil kateqoriyalı jurnallar siyahısında yer alan The European Physical Journal C 83, 447 (2023) (impakt faktor 4.994) dərc edilmişdir.

Sonlu temperaturlarda AdS/QCD-nin yumşaq divar modeli çərçivəsində vektor mezonun qravitasiya forma faktorları (QFF) və ümumiləşdirilmiş parton paylamaları (ÜPP) araşdırılmışdır. Sıfır temperaturda yumşaq divar modelində qurulmuş QFF qrafikləri sərt divar nəticələrinə yaxındır (Abidin və Carlson Phys. Rev. D 77:095007, arXiv:0801.3839 [hep-th], 2008). QFF-larının və ÜPP-larının tempera-turdan asılılıqları yumşaq divar modelində termal dilaton yanaşmasın-dan istifadə edərək öyrənilmişdir. Termal QFF-larının qrafikləri göstərir ki, temperaturun artması ilə onlar  azalır. Həmçinin, ρ mezonun qravitasiya radiusu temperatur artımında azalır və Tc = 0,2 GeV kritik temperatur ətrafında sıfır olur. ÜPP-nin sıfırıncı əyilmədə qrafikləri çəkilir və nəticələr sıfır və sonlu temperatur hallarında təhlil edilir.

Məqalənin linki: https://link.springer.com/article/10.1140/epjc/s10052-023-11607-7