BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin əməkdaşı beynəlxalq təlimdə iştirak edib.

Bakı Dövlət Universiteti (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin böyük laborantı Rəhimzadə Sara 4-7 oktyabr tarixlərində ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarında iştirak edib.

4-7 oktyabr tarixlərində keçirilən seminarın məqsədi cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaq olmuşdur. Seminar iştirakçıları cihazların işlənməsinin əsas komponentləri ilə tanış olub, eyni zamanda sensorlardan gələn siqnalları əldə etmək və mikronəzarətçilər vasitəsilə idarə etməyi öyrəniblər. Təlimlərin sonunda iştirakçılar özləri temperatur tənzimləyiciləri, elektrik ölçmə sistemləri və s. sadə cihazları işlətməyi təcrübədən keçiriblər.

Təlimin sonunda iştirakçılar ultrasəs sensorları vasitəsilə görmə qabiliyəti zəif olan insanların istifadə edərək qarşıdakı obyektləri aşkar etmələri üçün istifadə oluna biləcək cihazlar hazırlayıblar.

Tədbirin sonunda iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Konfrans haqqında daha geniş məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz: http://fire2021.bsu.edu.az/