BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin əməkdaşları Beynəlxalq konfransda iştirak ediblər.

Bakı Dövlət Universiteti (BDU) Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin əməkdaşları 2021-ci il 10-12 sentyabr tarixlərində Türkiyənin Ərzurum şəhərində keçirilən onlayn Beynəlxalq konfransda iştirak ediblər. Konfrans Atatürk Universitetinin təşkilatçılığı ilə baş tutub.

“1st INTERNATIONAL CONGRESS ON NATURAL SCIENCES ATATURK UNIVERSITY ERZURUM, TURKEY, ICNAS-2021” adlı onlayn beynəlxalq konfransda Atatürk Universitetinin professorları Muhammet Yıldırım, Yusuf Sahin, Bakı Dövlət Universitetinin professorları Niftalı Qocayev, Məhəmməd Babanlı, Dehli Universitetinin professoru Rakesh Kumar və başqa tanınmış alim-tədqiqatçılar məruzə ilə çıxışlar ediblər.

Konfrans Zoom platforması üzərindən distant formatda baş tutub.

Biofizika şöbəsinin əməkdaşlarından Namiq Əhmədov, Larisa İsmayılova, Rəna Abbaslı, Gülşən Ağayeva, Ülkər Ağayeva, Xavər Həsənova konfransda aşağıdakı məruzələrlə çıxış edib:

  • Dəvətli məruzəçi: Prof. Dr. Niftali Qocayev,  Moleküler Mekanik Yöntemi ve Bunun Uygulama Perspektivleri
  • Godjayev N.M., Agaeva L.N., Akhmedova S.R., Ismailova L.I., Akhmedov N.A., Spatial Structure of the Lactoferroxin a Molecule
  • L. I. Ismailova, R. M. Abbasli, N. A. Akhmedov, Spatial Organization of Glyproline Hexapeptide Molecule
  • Oktay K. Gasymov, Gulshen Agaeva, Niftali M. Qocayev, Sevim Akyuz, Sefa Celik, Serda Kecel-Gunduz, Ayşen E. Ozel, Ulker Agaeva, Matanat Bakhishova, Jamil A. Aliyev, Particularites of Spatial Structure of Anticancer Pentapeptide GLU-GLN-ARG-PRO-ARG, Derived from Rice Bran, and Its Analogs Biomolecules
  • Masimov E.A., Bagirova S.R., Hasanova Kh.T., Rheological study of water solutions molecular mass fractions (PVP) of polyvinylpyrrolidone

Konfrans haqqında daha geniş məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz: https://isfas2021.atauni.edu.tr/index.php/tr/anasayfa/