BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, prof. Mais Süleymanov onlayn (virtual) konfransda iştirak etmişdir.

Bakı Dövlət Universiteti Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, prof. Mais Süleymanov "Nüvə fizikası və elementar zərrəciklər fizikası. Nüvə fizikası texnologiyaları" adlı (LXX International conference "NUCLEUS – 2020. Nuclear physics and elementary particle physics. Nuclear physics technologies") 70-ci beynəlxalq onlayn (virtual) konfransda iştirak etmişdir.

Mais Süleymanov konfransda “Böyük Adron Kollayderinin enerjilərində müşahidə olunan pbölgələrinin mənası, bölgələrin bəzi xüsusiyyətləri” (“The meaning behind observed pTregions at the LHC energies, some properties of the regions”) adlı məruzə ilə çıxış edib.

Bu məruzədə göstərilmişdir ki, Böyük Adron Kollayderindən (CERN Cenevrə) alınan proton-proton və qurğuşun- qurğuşun qarşılıqlı təsirlərində əmələ gələn yüklü zərrəciklərin, neytral pionların və eta mezonların perpendikulyar  impulslarına (pT) görə paylanma əyriləri məxsusi xassələrə malik bir neçə pT bölmələrindən təşkil olunmuşlar. Təcrübi əyrilər eksponensial funksiya vasitəsi ilə approksimasiya olunmuşdur. Belə bir nəticə əldə edilmişdir ki, bölmələr partonların adronlara çevrilməsinin və çoxalmasının sim dinamikası vasitəsi ilə baş verdiyini əks etdirir. Görünür ki,  perpendikulyar impulsların 4 QeV/c <pT< 20 QeV/c qiymətləri ilə məhdudlaşan bölmədə simlər çox böyük sıxlığa malikdirlər. Ən mərkəzi toqquşmalarda simlərin sıxlıqlarının artması yeni, çox böyük enerjili simin əmələ gətirməsinə səbəb ola bilər. Bu hadisə Nüvə Modifikasiya Faktorunun göstərilən bölmədə, partonlar üçün əksinə Kompton effekti hesabına, kəskin azalmasını izah edə bilər. Fərz edilir ki, yeni simin hansısa hər hansı bir kiçik enerjili partonla toqquşması nəticəsində  bu  parton yeni simin enerjisinin bir hissəsini ala bilər, sürətlənər və böyük pbölməsinə keçər. Enerjisinin böyük bir hissəsini itirmiş yeni sim indi kiçik enerjili partonlara və simlərə parçalanar ki, onlar da kiçik pbölməsinə köçərlər.