BDU-nun “ESST-6” komandası “TEKNOFEST-2024” də III yeri qazanıb

Bakı Dövlət Universitetinin nəzdində “Fizika problemləri” ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Elşən Nəsirovun rəhbərlik etdiyi və “Biofizika” şöbəsinin dissertantı Sara Rəhimzadənin üzvü olduğu “ESST-6” komandası “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalının final mərhələsində III yerə layiq görülüb.
“ESST-6” komandası festivalın finalında “Aqrar texnologiyalar” kateqoriyasında “E-tarım sulama” layihəsi ilə təmsil olunub. Layihə kiçik miqdarda maliyyə sərf etməklə yüksək keyfiyyətli ağıllı suvarma texnologiyasının yaradılmasına yönəlib. Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli, kənd təsərrüfatı sahəsində çalışanları daha yüksək məhsuldarlıqla təmin etməkdir.

 

 

Qeyd edək ki, “TEKNOFEST-2024”-ün finalında 1270 komanda, 6514 finalçı yarışıb.

Qalib komandamızı təbrik edir, daha böyük uğurlar arzulayırıq!