BDU FPİ-nun Nəzəri fizika şöbəsinin əməkdaşının Avropa Fizika Cəmiyyətinin (APS) The European Physical Journal C məqaləsi dərc olunmuşdur

BDU FPİ-nun Nəzəri fizika şöbəsinin a.e.i., dos. Şahin Məmmədovun Avropa Fizika Cəmiyyətinin (APS) The European Physical Journal C məqaləsi dərc olunmuşdur.

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi dos. Şahin Məmmədovun Avropa Fizika Cəmiyyətinin (APS) The European Physical Journal C (Eur. Phys. J. C 81, 1080 – Published 07 December 2021) jurnalında “a1 meson-nucleon coupling constant at finite temperature from the soft-wall AdS/QCD model”, "AdS/KXD-nin yumşaq divar modelindən sonlu temperaturda a1 mezon-nuklon qarşılıqlı təsir sabiti" adlı məqaləsi dərc olunmuşdur.
Məqalədə müəyyən edilmişdir ki, sonlu temperaturlu nuklon mühitində mühitin temperaturu artdıqca aksial-vektor a1 mezonla nuklonların qarşılıqlı təsir sabiti kiçilir və konfaynment-dekonfaynment  keçidi temperaturu ətrafında bu sabit sıfra bərabər olur. Alınan bu nəticə sonlu temperaturlarda zərrəciklərin qarşılıqlı təsirini başa düşməyə imkan verir.
The European Physical Journal C (Eur. Phys. J. C) Nəzəri fizikanın elementar zərrəciklər, sahə nəzəriyyəsi, qravitasiya və kosmologiya sahələrində aparıcı jurnallardan biridir (2020-ci il üçün jurnalın Impakt factoru Web of Science - 4.389; Scopus-7.709 olmuşdur).

məqalənin linki: https://link.springer.com/article/10.1140%2Fepjc%2Fs10052-021-09877-0#Abs1