BDU-da “Tokyo Boeki RUSLLC” şirkətinin əməkdaşlarının iştirakı ilə seminar keçirilib

Elmi və cihaz avadanlıqlar təchizatı üzrə Yaponiyanın tanınmış “Tokyo Boeki RUSLLC” şirkətinin Baş direktorunun müavini Dmitriy Yurkovets və həmin qurumun satış üzrə meneceri Vitaliy Tinkov Bakı Dövlət Universitetində olub, Fizika Problemləri İnstitutu, Nanotexnologiyalar mərkəzi və Fizika fakültəsinin birgə seminarında iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev seminarın əhəmiyyətindən danışıb və “Tokyo Boeki RUSLLC” şirkətinin yeni “Minimal FAB” yapon texnologiyasının elmi-tədqiqat, həmçinin tələbələrin və elmi işçilərin mikroelektronika sahəsində biliklərinin artırılmasında mühim rol oynayacağını qeyd edib.

Tokyo Boeki RUSLLC” şirkətin Baş direktorunun müavini Dmitriy Yurkovets “Minimal FAB- yarımkeçirici sənayenin yaradılmasında yeni yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, “Minimal FAB” daha az məsrəflə inteqral mikrosxemlərin, çiplərin, drayverlərin, müxtəlif altlıqlar üzərində optelektron cihazların yaradılması istiqamətində unikal bir sistemdir. D.Yurkovets sistemin üstünlüyü kimi onun çox sadə idarə olunması və çevikliyini göstərib, istənilən miqdarda tələb olunan məhsulu almağa imkan verdiyini qeyd edib.

Seminar iştirakçıları maraqlandıran çoxsaylı sualların cavablandırılması ilə başa çatıb.