BDU-da Beynəlxalq yay məktəbində 40-dək elmi məruzə dinlənilib.

(BDU) və “Volkswagen Stiftung” Fondunun birgə təşkilatçılığı ilə “Modern trends in quantum science and technologies: From quantum materials to quantum information”. “Kvant elminin və texnologiyasının müasir trendləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq yay məktəbi öz işini yekunlaşdırıb.
Sentyabrın 23-dən başlayan yay məktəbində ümumilikdə 40-dək məruzə dinlənilib.
İtaliyanın İnsubria Universitetinin professoru Giulio Casati, Almaniyanın Berlin Universitetinin professor Feliks van Oppen, Türkiyənin Ankara Universitetinin professor Əli Gəncər, İsrailin Təl-Əviv Universitetinin professoru Boris Malomed, Portuqaliyanın Lissabon Universitetinin professoru Yasser Omar, Gürcüstanın İlya Dövlət Universitetinin professoru George Japaridze, Özbəkistanın Çirçik Dövlət Pedaqoji İnstitutunun professoru Saparboy Rahmonov, Almaniyanın Düsseldorf  Heinrich Heine Universitetinin professoru Reinhold Egger, Fizika İnstitutunun professoru, akademik Nazim Məmmədov, Niderlandın Leiden Universitetinin professoru Carlo Beenakker, Özbəkistan Milli Universitetinin professoru Mashrab Akramov, Özbəkistan Turin Politexnik Universitetinin professor Davron Matrasulov, Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin professoru Mikhail Kiselev, Fizika İnstitutunun professoru Elçin Cəfərov, Almaniyanın Düsseldorf Henrix-Heyne Universitetinin professor Dagmar Bruss, Yunanıstanın Afina Milli və Kapodistrian Universitetinin professoru Aikaterini Mandilara, Krit Universitetinin professoru George Tsironis, Türkiyənin Ankara Universitetinin professoru İmam Əsgərbəyli, Kanadanın Kalqari Universitetinin professoru Barry Sanders, Özbəkistan Yeoju Texniki  Universitetinin professoru Cambul Yusupov, İsrailin Weizmann Elm İnstitutunun professoru Yuval Gefen, Almaniyanın Dortmund Universitetinin professoru Diter Suter və b. yay məktəbində kvant fizikasının müxtəlif aspektlərinə aid məruzələr deyiblər.
Sonda iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsi məqsədilə müsabiqə keçirilib. Məktəbi uğurla bitirən iştirakçılara sertifikatlar verilib.
Yay məktəbinin işində Fizika Problemləri İnstitutunun baş laborantı Sara Rəhimzadə və direktoru Sədiyar Rəhimov iştirak etmişlər.