Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

30.03.2023-cü il tarixində Fizika Problemləri İnstitutunun kollektivinin 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 Əvvəlcə Fizika Problemləri İnstitutunun direktoru S.Rəhimov çıxış etmiş və sonra sözü İnstitutunun həmkarlar təşkilatının sədri Mübariz Məmmədova vermişdir. Daha sonra V.Bağıyev, İ.Əfəndiyeva çıxış etmişdir.

Qeyd etmək lazımdır ki, 1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Ermənilər Şamaxı qəzasında 1653-ü qadın və 965-i uşaq olmaqla ümumilikdə 7000-dən çox insanı soyqırıma məruz qoymuşdular.

Allah soyqırım qurbanlarına rəhmət etsin!