BDU tələbələrinin kibertəhlükəsizlik sahəsində bacarıqlarının inkişaf etdirilməsi müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları ilə “Cybernetics Academy” şirkətinin icraçı direktoru Sevinc Rəcəbli və kibertəhlükəsizlik üzrə mentor Ömər Nudirəliyev arasında görüş keçirilib.
Görüşdə tələbələrin kibertəhlükəsizlik sahəsində bacarıqlarının inkişaf etdirilməsi üçün real sənaye təcrübələrinə qoşulması məsələsi müzakirə edilib. Qeyd olunub ki, sənaye təcrübələrinin təşkili tələbələrin real iş mühitində biliklərini tətbiq etməsinə və praktik bacarıqlar əldə etməsinə imkan yaradır. Kibertəhlükəsizlik sahəsində yaradıcı yanaşmaların inkişafı, innovativ həllərin hazırlanması üçün müxtəlif rəqəmsal layihələrin keçirilməsinin, bu istiqamətdə əməkdaşlığın zəruriliyi xüsusi vurğulanıb.