Layihələr

  • “Ümumilli Lider: Heydər Əliyev mühazirələri”

Azərbaycan Respublikasının Gənclər Fondu, BDU və “BDU könüllüləri” təşkilatının birgə layihəsi.

Məqsəd: Ulu Öndərin irsinin öyrənilməsi və təbliği.

  • “Gənc proqramçılar”

Texnoloji sahəyə marağın artırılması və rəqabətli proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən layihə.

  • “BDU-da Könüllü Həftəsi”

Bakı Dövlət Universitetinin 105 illiyi və “BDU könüllüləri” təşkilatının 5 illiyi münasibəti ilə silsilə tədbirlər proqramı.

Məqsəd: universitet daxilində könüllülük fəaliyyətinin təşviqi.

  • “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş

Gənclərə müsabiqənin mahiyyəti və təşviqi ilə bağlı keçirilən görüş.

Məqsəd: tələbələrdə motivasiya və karyera marağını artırmaq.

  • Simulyasiya konfransları

Tələbələrə diplomatik protokol və sahə bacarıqlarının artırılması, nitq qabiliyyətlərinin inkişafı üçün müxtəlif mövzularda keçirilən simulyasiyalar.

Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ətraf mühit problemlərinin aradan qaldırılması (BMT modeli)

  1. Bərpa olunan enerji mənbələri və iqlim dəyişikliyinin azaldılması (BMT modeli)
  2. Parlament modeli simulyasiya konfransı
  3. Qlobal iqlim maliyyələşməsi: Ədalətli və davamlı həllər (COP modeli)
  • “Qızıl qələmlər”

Ədəbiyyata və yaradıcılığa marağı olan gənclər üçün ustad dərsləri və görüşlər.

Məqsəd: gənclərin ədəbiyyat və yaradıcılıq bacarıqlarının inkişafı.

  • “Fərqli fərdlər”

Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq edən inklüziv layihə. Məqsəd: empatiya və inklüziv düşüncənin formalaşdırılması.

  • “Məzunun izində”

Universitet məzunları ilə tələbələr arasında əlaqə quraraq karyera və peşə təcrübəsinin paylaşılması məqsədilə keçirilən görüşlər silsiləsi.

  • “Köhnə batareya ilə yeni həyat bəxş et”

Elektron tullantıların və batareyaların təkrar emalını təşviq edən ekoloji layihə.

Məqsəd: ətraf mühitin qorunmasına dəstək.

  • SDG tələbə səfirləri

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini gənclər arasında təşviq edən nümayəndə heyəti və sosial məsuliyyət layihələri.

  • “Fikir düyünü” müzakirə saatları

Aktual mövzularda sərbəst fikir mübadiləsi, tənqidi düşünmə və debat bacarıqlarının inkişafı üçün açıq platforma.

  • Yaşayan detallar

Təbiət, insan və gündəlik həyat mövzularında foto sənətini təşviq edən müsabiqə. Məqsəd: iştirakçıların yaradıcılıq potensialının üzə çıxarılması.

  • Gənc istedadlar üçün silsilə layihələr

Orta məktəb şagirdlərinin sosial aktivliyini və intellektual bacarıqlarını artırmaq məqsədilə təlim, seminar və sosial tədbirlər toplusu.

  • “Liderlik nədir? Yeni nəsil yanaşma”

AIESEC Azərbaycan və “BDU könüllüləri” təşkilatının birgə layihəsi.

Məqsəd: tələbələrin və könüllülərin liderlik bacarıqlarının inkişaf etdirilməsi.

  • “Qlobal informasiya təhlükəsizliyi və medianın beynəlxalq münaqişələrdə rolu”

Simulyasiya konfransı, məqsəd: informasiya mühitinin öyrənilməsi və praktik biliklərin artırılması.

  • “BDU-da I Şeir Forumu”

Müasir və ənənəvi Azərbaycan ədəbiyyatının öyrənilməsi və şeir vasitəsilə mənəvi inkişafın təşviqi.

  • “Azərbaycançılıq məfkurəsi: milli kimlik, dövlətçilik tarixi və qlobal çağırışlar prizmasından”

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri ilə tələbələr arasında görüş.

Məqsəd: milli kimlik və dövlətçilik mövzusunda maarifləndirmə.

  • “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” III Gənclər düşərgəsi

Gənclərin tarixi köklərini dərk etməsi və milli kimlik mövzusunda maarifləndirilməsi.

  • Şəhid övladları üçün infotur

Abituriyentlər üçün Universitetin imkanları, fakültələr və sosial dəstək mexanizmləri ilə tanışlıq.

  • “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yay düşərgəsi

Gənclər arasında birgə fəaliyyət və maarifləndirmə tədbirləri.

  • Abituriyentlər üçün açıq qapı günü

Abituriyentlərin BDU və tələbə həyatı ilə tanışlığı.

  • “Qərbi Azərbaycanın gənc səfirləri”

Qərbi Azərbaycan həqiqətlərinin gənclər arasında təbliği və birgə fəaliyyətin təşviqi.

  • “İƏT modeli akademiyası – 2025”

Diplomatiya və beynəlxalq münasibətlərin incəliklərini öyrənmək məqsədilə mütəxəssislər tərəfindən keçirilən akademiya.

  • “Süni intellekt etikası üzrə I Gənclər forumu”

Süni intellektin etik istifadəsi və gənclər üçün praktik tətbiqləri üzrə forum.

Məqsəd: tələbələrdə süni intellektin etik prinsiplərinin mənimsənilməsi.