9 Noyabr – Bayraq Günüdür!

Artıq 13 ildir ki, Azərbaycanda 9 noyabr bayram kimi qeyd olunur. Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Dövlət Bayrağı Günü Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

Bayraq gününüz mübarək !!!