8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.

Bu gün Azərbaycan qadınları ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edir. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının yüksək potensialından xəbər verir. Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətdə oynadığı rola, tutduğu yüksək mövqeyə hörmət və ehtiramla yanaşıb. Bu gün qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayır. Onların uğurlu fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb. Azərbaycan qadını ölkəmizi bütün dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir.

Əziz qadınlar! Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, sizə ailə səadəti, qadın xoşbəxtliyi, işlərinizdə uğurlar arzulayırıq!