31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Bizi, Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını birləşdirən ideya, dəyər Azərbaycançılıqdır. Bu dəyər Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı soydaşlarımızın həmrəyliyidir, birliyidir. Hər il dekabrın 31-i - bu tarixi günü böyük həvəs və coşqu ilə qeyd edirik. Birliyimizin, həmrəyliyimizin rəmzi gününə çevrilən bu tarix dünyanın bütün yerlərində yaşayan azərbaycanlıları bir bayraq altında toplayır. Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün böyük liderlərə ehtiyac duyulub. Bu müqəddəs missiyanı həyata keçirən müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev çoxmilyonlu Azərbaycanlıları birləşdirmək istəyi, arzusu, amalı ilə bu tarixi hadisənin bünövrəsini qoymuşdur. 31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə ilə qeyd olunduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının vahid ideologiya ətrafında sıx birləşməsinin Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edərək demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir”.

Bu gün dünya azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında cəmləşməsi üçün daha münbit şərait yaranmışdır. Azərbaycan nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan həmvətənlərimiz qarşısında geniş perspektivər açılmışdır.

Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı.

Azərbaycan xalqını, BDU Fizika Problemləri ETİ ailəsini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni təqvim ili münasibətilə səmimi qəlbdən təbrik edir, vətənimizə işıqlı gələcək, sülh və əmin-amanlıq arzulayırıq!