28.11.2023-cü il tarixində saat 10-00-da İnstitutun növbəti seminarı keçiriləcək

MƏRUZƏÇİ:  professor Arazov Həsənbəy

MÖVZU: "Qeyri-xətti dinamiki sistemlərdə zaman və təbiət hadisələri haqqında" mövzusunda məruzə edəcək.

Təbiət hadisələrinin formalaşmasında, dinamik sistemlərdə, müəyyən bir zamanda çoxsaylı obyektlər iştirak edir. Onların halları, hərəkətləri, dəyişkənliyi müəyyən resurslarla birlikdə təbiət hadisələrinin doğulmasını təmin edir. İlkin şərtləri təmin etdikdən sonra onların balanslaşdırılması  və təkamülüdə uzun müddət diqqət tələb edir. Onu da qeyd edək ki, arı məhsullarının  hazırlanmasında, torların toxunmasında, vulkan püskürmələrində, zəlzələlərdə, sunamilərdə, müxtəlif müharibələrdə və digər təbiət hadisələrinin proqramlaşdırılmasında bir çox yer və göy cisimləri fəal iştirak edir. Buna baxmayaraq, onların hamısının dinamik sistemlərdə, məkanda və zamanda öz mövcudluq dövrləri, yeri, gücü var.