28 MAY – MÜSTƏQİLLİK GÜNÜDÜR!

Müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. 28 May tarixi 1990-cı ildən ölkəmizdə Respublika Günü kimi qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” qanunu təsdiqləyib və mayın 28-i Müstəqillik Günü elan edilib.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi müvəffəqiyyətlə davam etdirilir, respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf edir.

Müstəqil, qüdrətli, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın həyatında yeni səhifələr açılır.
Bu səhifələr özündə quruculuğa gedən anları, günləri, illəri parlaq şəkildə əks etdirir. Bu səhifələri xalqımız Ulu Öndərimizin müəyyənləşdirdiyi konsepsiya, müdrik Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə yazır.28 May – Müstəqillik Gününüz mübarək, müstəqilliyimiz əbədi olsun!