Xalqımızın müstəqillik tarixində böyük əhəmiyyət kəsb edən, qızıl hərflərlə yazılmış günlərdən biri də 15 iyun Milli Qurtuluş günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu əlamətdar gün, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il iyunun 15-də parlamentin iclasında çıxış edən ümumilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək taleyi ilə bağlı önəmli məqamlara toxunaraq, gələcək inkişaf strategiyasını elan etdi. Bütün həyatını yalnız müstəqil Azərbaycanın ictimai-siyası tərəqqisinə həsr edən ulu öndər, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanı aradan qaldıraraq, respublikamızı vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas edib. Milli Qurtuluş Günü 1997-ci ildən etibarən Milli məclisin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Müstəqilliyin qazanılması nə qədər çətindirsə, onun qorunub saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Prezident İlham Əliyev bu missiyanı şərəflə davam etdirir. Bugün respublikamızın regionda və beynəlxalq arenadakı uğurları bunu bir daha təsdiq edir.