13.03.2023-cü il tarixində Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim BDU-nun və FPİ elmi seminarında çıxış etmişdir.

13.03.2023-cü il tarixində Yaponiyanın Osaka Prefektura Universitetinin professoru Yong-Gu Şim BDU-nun və Fizika Problemləri ETİ-nin elmi seminarında Yeni işıqla idarə olunan cihazlar üçün işığın təsiri ilə deformasiya materialları (Photo-induced Deformation Materials for Novel Light-Driven Devices) mövzusunda çıxış etmişdir.

Son zamanlar fotonların enerjisinin mexaniki hərəkətə effektiv çevrilməsini təmin etmək məsələsi, optik olaraq idarə olunan təmassız mexaniki ötürücülərin yaradılması perspektivləri baxımından böyük maraq doğurur. Bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində Yong-Gu Şimin çalışdığı qrupda işıq şüalanması ilə üçqat tallium birləşmələrinin səthində qabarıq deformasiyanın əmələ gəlməsi hadisəsi kəşf edilmişdir.

Bu hadisənin ən əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, işıqla şüalanma sahəsində lokal və dönən deformasiyaya səbəb olur. Bunun nəticəsində işığın şüalanma sahəsindən asılı olaraq deformasiyaya məkan baxımından nəzarət etmək mümkündür. Məruzəçi, kəsilməz və düzbucaqlı impulslu lazerlərdə istifadə olunan  üçqat tallium birləşmələrinin foto-induksiya olunmuş deformasiyası üzrə tədqiqatın nəticələrini təqdim etmişdir.

Daha sonra Yong-Gu Şim verilən sualları cavablandırmışdır.