QISA BİOQRAFİK MƏLUMAT
- 1980-ci il mayın 20-də Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
- 1986 - 1996 Bakı ş. 8 saylı orta ümumtəhsil məktəbi.
- 1996 - 2000 Bakı Dövlət Universiteti, Fizika fakültəsinin əyani şöbəsi. Bakalavr pilləsi.
- 2000 - 2002 Bakı Dövlət Universiteti, Fizika fakültəsində “Yarımkeçiricilər fizikası” ixtisası üzrə magistr pilləsi.
- 2002 - 2005 AMEA Fizika İnstitutunda “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə aspirant.
- 2009 - cu ildə 01.04.10 – Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə “Ge-Si bərk məhlullarının monokristallarının təkmilləşdirilmiş üsulla alınması və onlarda Ag-un aşqar səviyyələri” mövzusunda dissertasiya işinin müdafiəsi və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinin alınması.
- 2017 - ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Yarımkeçiricilər fizikası ixtisası üzrə Dosent elmi adı verilmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 2001 - 2011 illərdə AMEA Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. AMEA Fizika İnstitutunda fəaliyyət göstərən Dissertasiya şurasının yanında birgə seminarın üzvü olub.
- 2011- ci ildən bu günə kimi BDU-nun “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimidir. 2010-cu ildən adıçəkilən kafedrada “Nanomaterialların diaqnostik və analiz üsulları”, “Nanoelektronikanın elementləri və cihazları” “Nanohissəciklər fizikası” fənləri üzrə mühazirələr və məşğələlər aparır, buraxılış işlərinə, tələbələrin təcrübələrinə rəhbərlik edir.
- 2011- 2019 illərdə BDU-nun Nanoaraşdırmalar Mərkəzində böyük elmi işçi. 2013-cü ildən Bakı Dövlət Universitetinin nəzdində Beynəlxalq Elmi Araşdırma Mərkəzinin elmi katibidir.
- 2019 - 2021 illərdə BDU-nun Nanoaraşdırmalar Mərkəzində direktor müavini.
- 2021- ci ildən bu günə kimi isə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini kimi fəaliyyət göstərir.
TƏDQİQAT SAHƏSİ
- Almazabənzər yarımkeçiricilərin alınması və tədqiqi, nanotexnologiya, radioekologiya.
MÜKAFATLAR
- 2004-cü ildə «Fizika və biofizika sahəsində elmi nailiyətlərə görə H.B. Abdullayev adına mükafat laureatı» diplomu.
- 2014-cü ildə BDU-nun Fəxri Fərmanı.
- 2019-cü ildə BDU-nun 100 illik Yubiley Medalı
PATENTLƏR
- V.İ.Tahirov, Z.Ə.Ağamalıyev, V.Q.Əliyev və b. Monokristalın yetişdirilməsi üsulu. // Patent № 2008 0101
- V.İ.Tahirov, Ə.F.Quliyev, Z.Ə.Ağamalıyev və b. İxtiyari tərkib paylanmasına malik qidalandırıcı xəlitənin alınması. Patent № 2008 0053
- V.İ.Tahirov, N.F.Qəhramanov, Z.Ə.Ağamalıyev və b. Sabit en kəsikli monokristalın yetişdirilmə üsulu. // Patent № 2010 0093
- S.İ.Mehdiyeva, N.Z.Cəlilov, Z.Ə.Ağamalıyev və b. Bitkilərin nəmliyinin məsafədən təyini üsulu. // Patent № 2009 0132
BEYNƏLXALQ LAYİHƏ VƏ QRANTLARDA İŞTİRAKI
- 2009-2012 Qrant №3998. Abşeron yarmadası və Bakı şəhəri ətraf ərazilərinin radioekoloji tədqiqi.
- 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin “Riyazi modelə əsasən Ge1-xSix (0≤x≤0,15) monokristallarının ərintinin istiqamətləndirilmiş konsentrasion ifrat soyudulması üsulu ilə alınması” adlı layihə ilə qalibi.
- 2022 Teknofest Azərbaycan - Aviasiya, Kosmik və Texnologiya Festivalı, (mentor) Baku, Azərbaycan
BEYNƏLXALQ TRENİNQLƏRDƏ İŞTİRAKI
- 2010 Аnkara, Türkiyə - «Təmiz otaq» Nanotexnologiya üzrə treninq.
- 2013 Yaponiya, Tokio - "JEOL" şirkətinin elektron mikroskopiya və "Rigaku" şirkətinin rentgen difraktometriya üzrə ixtisasartırma kursları.
- 2015-2016 Azərbaycan, Bakı - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının təşkilatçılığı ilə əqli mülkiyyət sahəsində təlimlər.
- 2016 Аnkara, Türkiyə - Avropa Birliyinin Erasmus+ KA107 Beynəlxalq Kredit Mobillik Proqramı. Orta Doğu Texniki Universiteti.
- 2018 Sivas, Türkiyə - Avropa Birliyinin Erasmus+ KA107 Beynəlxalq Kredit Mobillik Proqramı. Cümhuriyyət Universiteti.
- 2023 Horizon Europe proposal Writing Camp for Azerbaijan
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2006 Bakı, Azərbaycan: Azərbaycan MEA aspirantlarının elmi konfransı.
- 2006 Bakı, Azərbaycan: Fizikanın aktual problemləri. IV Respublika Elmi Konfrans
- 2007 Maxaçkala, Dağıstan, Rusiya: “Kondensə olunmuş mühitdə faza keçidləri, kritik və qeyrixətli hadisələr”, Dağıstan Fizika İnstitutunun 50 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans
- 2010 Moskva, Rusiya: M.P. Şaskolksayanın hatirəsinə həsr olunmuş «XXI əsrin kristallofizikası» IV Beynəlxalq Konfrans.
- 2010 Finiks, Arizona ştatı, ABŞ: «WM-2010» Tullantıların idarə olunmasına aid 36-cı Beynəlxalq Simpozium
- 2011 Şanxay, Çin: «CET 2011» Mühəndislik və Texnologiya mövzusunda Beynəlxalq Konqress.
- 2014 Dubna,Moskva, Rusiya “MDB dövlətlərin gənc alim və mütəxəssislərdən ibarət deleqasiyasının Rusiya Federasiyasına rəsmi səfəri”
- 2015 Moskva, Rusiya: Y.A. Skakovun hatirəsinə həsr olunmuş «Kristallofizika və perspektiv materialların deformasiyaya uğraması» VI Beynəlxalq Konfrans.
- 2015 Tbilisi, Gürcüstan “ener2i and SECURE-R2I Brokerage Event & Workshop on Energy, Innovation and Security” Beynəlxalq Simpozium
- 2021 7th International Conference Mtp-2021: Modern Trends In Physics, BSU, Baku, Azerbaijan
TƏDQİQATÇININ PROFİLİ
https://www.webofscience.com/wos/author/rid/R-2338-2016
https://orcid.org/0000-0003-3214-1302
https://www.scopus.com/authid/detail.uri?authorId=36670848200
https://scholar.google.com/citations?user=yDiDaWEAAAAJ&hl=en