BDU
Menyu
    BDU

    AZƏRBAYCAN RESPUBLİKASININ ELM VƏ TƏHSİL NAZİRLİYİ Bakı Dövlət Universiteti

    Bakı Dövlət Universiteti Azərbaycan xalqının Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır.
    Heydər Əliyev

    1919
    • UNİVERSİTET
      • Universitetin tarixi
      • Heydər Əliyev və BDU
      • Azərbaycan Prezidenti və BDU
      • Himayəçilər Şurası
      • Elmi Şura
      • Elmi-Metodiki Şura
      • Akkreditasiya
      • Keyfiyyət təminatı
      • Reytinqlər
      • Rəhbərlik
      • Rəsmi sənədlər
      • Fəxri doktorlar
      • Məzunlar
      • Kampus
      • Qazax filialı
      • İqtisadiyyat və Humanitar Kolleci
      • Gənc İstedadlar Liseyi
      • Quba TTİM
      • Altıağac TTB
      • Rəqəmlər və faktlar
      • Virtual səyahət
      • Media-KİT
    • Təhsil
      • Azərbaycanda təhsil
      • Qanunvericilik və sənədlər
      • BDU-da təhsil
      • Tədrisin təşkili və idarə olunması Mərkəzi
      • Fakültələr
      • Sabah Mərkəzi
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
    • Elm və innovasiya
      • Azərbaycanda elm siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da elmi-tədqiqat
      • Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzi
      • İnformasiya Texnologiyaları Mərkəzi ITM
      • Elmi-Tədqiqat İnstitutları
      • Elmi-tədqiqat mərkəz və laboratoriyaları
      • Elmi kitabxana
      • Elmi-tədqiqat layihələri
      • Dissertasiya şuraları
      • Gənc Alimlər Şurası
      • Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi
      • Tələbə Elmi Cəmiyyəti
      • Elmi nəşrlər
      • Elmi tədbirlər
      • Əqli mülkiyyət
    • SOSİAL FƏALİYYƏT
      • Azərbaycanda gənclər siyasəti
      • Qanunvericilik və sənədlər
      • BDU-da sosial layihələr
      • Humanitar məsələlər və gənclər siyasəti şöbəsi
      • İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
      • Həmkarlar İttifaqı Komitəsi
      • Heydər Əliyev muzeyi
      • Muzeylər
      • Mədəniyyət-Yaradıcılıq Mərkəzi
      • İdman-Sağlamlıq Mərkəzi
      • Psixoloji yardım sektoru
      • "Bakı Universiteti" qəzeti
      • BDU TV
      • BDU-nun Nəşr Evi
      • "BDU könüllüləri" təşkilatı
      • Tələbə Gənclər Təşkilatı
      • Tələbə Həmkarlar İttifaqı Komitəsi
      • İctimai şuralar
      • Tələbə şəhərciyi
      • Tələbə poliklinikası
    • ƏMƏKDAŞLIQ
      • Beynəlxalq əlaqələr şöbəsi
      • Xarici tələbələrlə iş şöbəsi
      • Xarici tələbələr
      • Ölkədaxili əməkdaşlıq
      • BDU-nun üzv olduğu beynəlxalq təşkilatlar
      • Beynəlxalq qrant layihələri
      • Beynəlxalq tədbirlər
      • Beynəlxalq ikili diplom proqramları
      • Mübadilə proqramları
      • Beynəlxalq kafedra, institut və mərkəzlər
    • AZ EN
    • Rektora müraciət
    • Abituriyentlər üçün
    • Tələbələr üçün
    • Əməkdaşlar üçün
    • Məzunlar üçün
    • Əlaqə
    BDU
            • Ana səhifə
            • BDU “THE World University Rankings 2027”də yer alıb

            BDU “THE World University Rankings 2027”də yer alıb

            BEYNƏLMİLƏLLƏŞMƏ 30 Sentyabr 2026 08:21

            BDU “THE World University Rankings 2027”də yer alıb

            Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2027-ci il üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısını (“THE World University Rankings 2027”) açıqlayıb. Reytinqdə qiymətləndirilən ali təhsil müəssisələrinin sayı son illərdə artaraq 2025-ci ildə 2092, 2026-cı ildə 2191, 2027-ci ildə isə 2297-yə çatıb. Bu dinamika ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərə marağının və qlobal akademik rəqabətin artdığını göstərir.

            Bakı Dövlət Universiteti (BDU) “THE World University Rankings 2027”də 1601–1800 diapazonunda yer alıb. Reytinqin ayrı-ayrı göstəriciləri üzrə BDU-nun əvvəlki nəticə ilə müqayisədə artım qeydə alınıb.

            Xüsusilə tədris və elmi-tədqiqat fəaliyyəti üzrə reputasiya göstəricilərində nəzərəçarpacaq artım müşahidə olunub. Tədris üzrə reputasiya göstəricisində BDU-nun balı 2.4-dən 5.1-ə yüksələrək 112.5 faiz artıb. Elmi-tədqiqat üzrə reputasiya göstəricisi isə 137.5 faiz artımla 1.6-dan 3.8-ə yüksəlib.

            Universitetin elmi-tədqiqat fəaliyyəti ilə bağlı digər göstəricilərində də müsbət dinamika qeydə alınıb. Elmi-tədqiqat məhsuldarlığı 17.7-dən 26.2-yə yüksələrək 48 faiz, elmi-tədqiqat gücü 19.5-dan 27.5-ə yüksələrək 41 faiz artıb. Elmi-tədqiqat təsiri göstəricisi 22.6-dan 25.0-a, elmi-tədqiqat mükəmməlliyi 15.2-dən 16.5-ə, elmi-tədqiqat gəlirləri isə 30.2-dən 31.5-ə yüksəlib.

            BDU-nun beynəlmiləlləşmə və sənaye ilə əlaqələrini əks etdirən göstəricilər üzrə də artım müşahidə olunub. “Əcnəbi tələbələr” indikatorunda Universitetin balı 34.9-dan 39.8-ə yüksələrək 14 faiz, “sənaye gəlirləri” göstəricisində isə 35.5-dən 40.2-yə yüksələrək 13.2 faiz artıb.

            “THE World University Rankings 2027” nəticələri BDU-nun tədris, elmi-tədqiqat, beynəlmiləlləşmə və sənaye ilə əməkdaşlıq istiqamətlərində bir sıra göstəricilər üzrə artım nümayiş etdirdiyini göstərir. Xüsusilə elmi-tədqiqat üzrə reputasiya və məhsuldarlıq, eləcə də tədris üzrə reputasiya göstəricilərindəki artım diqqətçəkən nəticələr sırasındadır.

            “THE World University Rankings” dünyanın tədqiqat yönümlü ali təhsil müəssisələrinin fəaliyyətini müxtəlif istiqamətlər üzrə kompleks şəkildə qiymətləndirən beynəlxalq reytinq sistemlərindən biridir. Reytinq universitetlərin fəaliyyətini tədrisin keyfiyyəti, elmi-tədqiqat potensialı, beynəlmiləlləşmə və sənaye ilə əlaqələr də daxil olmaqla çoxölçülü yanaşma əsasında qiymətləndirir. Bu çərçivədə universitetlərin fəaliyyəti tədris, elmi-tədqiqat mühiti, elmi-tədqiqat keyfiyyəti, beynəlxalq perspektiv və sənaye olmaqla beş əsas istiqamət üzrə təhlil olunur. Sözügedən istiqamətlər universitetlərin tədris və akademik mühitini, elmi-tədqiqat fəaliyyətinin miqyasını və reputasiyasını, tədqiqatların keyfiyyətini və elmi təsirini, beynəlxalq əməkdaşlıq və beynəlmiləlləşmə səviyyəsini, həmçinin sənaye ilə qarşılıqlı əlaqələri və elmi biliklərin praktiki tətbiqini əks etdirir.

            BEYNƏLMİLƏLLƏŞMƏ

            Son XƏBƏRLƏR

            08.11.2026 | 00:00

            Müstəqilliyimizin əbədi rəmzi

            08.11.2026 | 18:35

            BDU kollektivi Zəfər parkını ziyarət edib

            08.11.2026 | 11:00

            Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

            07.11.2026 | 00:00

            Milli qürur günümüz

            07.11.2026 | 20:37

            BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

            Ünvan
            Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi 33, AZ 1148 Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
            Əlaqə Tel.: (+994 12) 430-32-45 [email protected] © BDU, Bakı - 2025